Sabah bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Adalet.az əbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
"Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək
03 Mart 2026 12:22
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06
Çıxışı qadağan olunmuş 554 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alındı
03 Mart 2026 11:50
BDYPİ velosipedçilərə çağırış etdi
03 Mart 2026 11:31


Bakı -°C

