"2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik" - Prezident
Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı bildirib.
“İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.
Digər Xəbərlər
03 Mart 2026 15:01
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək
03 Mart 2026 14:21
Kamran Əliyev Rusiyanın Baş prokurorunun müavinini qəbul etdi
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
03 Mart 2026 12:29
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
03 Mart 2026 12:25
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
03 Mart 2026 12:24
Cinayət mühakimə icraatının elektron aparılma qaydası dəyişir
03 Mart 2026 12:24


Bakı -°C

