BDYPİ velosipedçilərə çağırış etdi
Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsində Elnur Ağayevin idarə etdiyi “BYD” markalı avtomobillə velosipedçi vurulub. Nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində həyatını itirib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin velosipedçilərə çağırışında qeyd olunub.
Bildirilib ki, təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən və işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi, yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətli hərəkət etməsi aydın müşahidə olunur:
"Təbii ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymət veriləcək. Lakin, təəssüf doğural hal odur ki, yollarımızda oxşar mənzərəyə tez-tez rast gəlmək mümkündür.
Halbuki, iki və daha çox zolağı olan yolda sola dönmək və ya yolu keçmək istəyən sürücü velosipeddən düşməli və velosipedi əli ilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşı tərəfə keçməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!".
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

