Britaniya “Zəngəzur” gəmisinin sanksiyasını ləğv etdi
Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.
Adalet.az xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyul tarixində məlumat yayıb.
Qeyd olunub ki, sözügedən gəmi “Ukraynada sabitliyin pozulmasına, o cümlədən bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdidə yardım etmə, həmçinin Rusiya hökumətinə gəlir əldə etməkdə köməklik göstərmə” ittihamları ilə sanksiya siyahısına daxil edilmişdi.
Xatırladaq ki, “Zəngəzur” gəmisi Azərbaycana məxsus digər 4 gəmi - “Qarabağ”, “Xankəndi”, “Şuşa” və “Zaqatala” ilə birlikdə aprelin 24-ü Avropa İttifaqının (Aİ) da sanksiya siyahısından çıxarılmışdı.
Digər Xəbərlər
09 Iyul 2026 14:49
Vətəndaş qəbuluna böyük həssaslıqla yanaşılsın - Nazirdən tələb
09 Iyul 2026 14:29
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTOLAR
09 Iyul 2026 12:38
FHN daha bir təlim keçirdi - VİDEO
09 Iyul 2026 10:11


Bakı -°C

