Sabah 28 dərəcə isti gözlənilir - PROQNOZ
Mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Digər Xəbərlər
03 Oktyabr 2026 20:25
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
03 Oktyabr 2026 11:31
Bu ərazimizə qar yağdı: 10 santimetr
02 Oktyabr 2026 17:47
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
02 Oktyabr 2026 16:41
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026 13:54
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
02 Oktyabr 2026 13:21
“Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq
02 Oktyabr 2026 12:22
"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
02 Oktyabr 2026 11:52


Bakı -°C

