Əbülfət Mədətoğlu: Ağrının şeiri
Gecənin ağırlığı
Çiyinlərimdən basır...
Allah məni bu gecə
Ayaqlarımdan asır -
BULUDDAN!..
Ulduz axır- gözümün
Pərdəsinə toxunur...
Pıçıltılarım zilin
Pərdəsində oxunur -
Umuddan!..
Açıq qalan əllərim -
Gecəni səssiz didir...
Göyərən ümidlərim
Deyir, tay gecə bitir -
UMUDLAN!!!


Bakı -°C

