adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 10:34
55
ELM VƏ TƏHSİL
A- A+

Bakı Qızlar Universitinin bağlanması haqsızlıqdır – Təhsil eksperti

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Bakı Qızlar Universitetinin bağlanması ilə bağlı açıqlama yayıb. 

Adalet.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev universitetin bağlanmasını haqsızlıq adlandırıb və o, məsələyə belə münasibət bildirib: 

“Emin Əmrullayevin həşəmətli Akkreditasiya kontoru Bakı qızlar Universitetini bağladı. Bu haqsızlığa yalnız şeirlə təsəlli tapmaq olar. Böyük şairimiz Mikayıl Müşfiqin "Ay qız" şeiri necə də gözəldir!

AY QIZ
Sən də alıb ələ bir qızıl rübab,
İncə tellərini dinləndir, ay qız.
Döşündən ellərə bağla bir kitab,
Susqun dodaqları dilləndir, ay qız!

Qalmasın sözlərin qəlbində gizli,
Mən görmək istəməm çöhrəni sisli.
Ol arslan ürəkli, şəfəq bənizli,
Gülərək yurdunu şənləndir, ay qız!

O qara günlərin getsin gəlməsin,
Bir daha keçmişin üzü gülməsin.
Ümidi səndədir məncə hər kəsin,
İndidən ruhunu telləndir, ay qız!”.

Vasif ƏLİHÜSEYN