Namidə İsayeva vəzifəsindən ayrıldı
Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri Namidə İsayeva vəzifəsindən ayrılıb.
Adalet.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat verib.
"Bu gündən etibarən öz təşəbbüsümlə Nizami Tibb Mərkəzindəki fəaliyyətimi başa vururam. Dörd il ərzində burada ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri kimi çalışdım.
Bu müddət mənə səhiyyə sahəsini daha yaxından tanımağı, vətəndaşlarla peşəkar şəkildə işləməyi, media ilə münasibətlərin qurulmasını, böhran vəziyyətlərinin idarə edilməsini və bir çox başqa dəyərli təcrübələr qazandırdı.
Bu illər ərzində kimliyindən asılı olmayaraq mənə müraciət edən, zəng edən hər kəsə bacardığım qədər dəstək olmağa çalışdım.
Bu sahədə çalışan həmkarlarım yaxşı bilirlər ki, bizim işimiz zaman və məkan tanımır.
Gecə saat dörddə gələn zənglər, bazar günü yuxudan oyadan mesajlar, həftəsonu və ya məzuniyyət demədən edilən müraciətlər... Bütün hallarda hər kəsə çatmağa və mümkün qədər əlçatan mətbuat rəhbəri olmağa çalışdım.
Buradan media nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm. Onlar bəzən bizi dinlədilər, bəzən açıqlamalarımızı işıqlandıraraq vətəndaşlarla aramızda körpü rolunu oynadılar.
Bu illər ərzində çox gözəl kollektivlə çalışdım, dəyərli insanlar tanıdım və yaxşı dostlar qazandım.
Ən əsası isə buradan çox gözəl xatirələrlə ayrılıram.
Hər son yeni bir başlanğıcdır!"
Digər Xəbərlər
31 Iyul 2026 11:14
AZAL Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
31 Iyul 2026 10:56
“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” - İlahiyyatçı
31 Iyul 2026 01:10
Avropa İttifaqının səfiri Azərbaycan dilini öyrənir - VİDEO
31 Iyul 2026 00:31
Qars Azərbaycan təyyarəsini belə qarşıladı - VİDEO
30 Iyul 2026 15:09
“Türkiyədə tibb ixtisası tələbələrinə aid mübahisəli maddə qanun layihəsindən çıxarıldı”
30 Iyul 2026 14:01
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirildi
30 Iyul 2026 13:50
Rövşən Rzayev kollegiya iclası keçirdi - Bu məsələlər müzakirə edildi
30 Iyul 2026 13:14


Bakı -°C

