“İran itkilərinə dair məlumatları daim gizlədir...” – Hərbi ekspert
“Son bir ildə 3 dəfə Netanyahunu öldürən, 13 dəfə Trampa cəhənnəm odu vəd edən və 313 dəfə qalib gəldiyini elan edən SEPAH, bu dəfə ABŞ-yə məxsus F-35 qırıcısını məhv etdiyi barədə məlumat verib. Nə görüntü var, nə təsdiq. Yalnız söz var. Müharibənin ilk günlərində Küveytdə dost atəşi ilə iki F-16 təyyarəsinin vurulmusdu. Bunu ilk dəfə ictimaiyyətə ABŞ özü açıqladı. Xameneinin ölümünü də əvvəlcə İsrail, sonra isə ABŞ bildirdi”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, İranın daim itkilərinə dair məlumatları gizlətdiyini, çox vaxt yalan da danışdığını bildirib:
“Odur ki, mən ABŞ və İsrail məlumatlarına daha çox etibar edirəm. İran prezidenti Məsud Pezeşkian da daha əvvəl İran dövlət televiziyasını ictimaiyyətə yalan məlumat verdiyinə görə tənqid etmişdi. İran televiziyasında bu gün SEPAH-ın icazəsi olmadan ölkənin seçilmiş rəhbər şəxslərinin çıxışına imkan verilmir. ABŞ isə son hücumda atılan bütün İran raketlərinin vurulduğunu və F-35 təyyarələrinə ümumiyyətlə ziyan dəymədiyini bildirib. Dünyanın bütün nağıl istehsalçılarını, xüsusilə Bollivudu klipləri ilə heyrətə gətirən SEPAH tərəfindən müharibənin başlanmasından bu günə qədər verilən məlumatlara inansaq, İsraildə rəhbər şəxs, aerodrom və hərbi obyekt, ABŞ-də isə gəmi, təyyarə və raket qalmayıb. SEPAH yaxın günlərdə Təl Əviv və Vaşinqton üzərində İran bayrağı nümayiş etdirsə, təəccüblənməyin. Çünki, yaxın ətrafımızda yalanlarla yatıb duran, dostluğu ilə düşmənçiliyi bilinməyən, bir dənə müsəlman ölkə ilə strateji müttəfiq olmayan, yalnız İslam dünyasına raket və dron atan, dünya təhlükəsizlik sisteminə təhlükə yaradan bir İran var”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Iyul 2026 11:08
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31 Iyul 2026 10:33
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
31 Iyul 2026 10:17
“Biz bu məsuliyyətə hazırıq” - YENİLƏNİB
31 Iyul 2026 10:08
”Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib”
31 Iyul 2026 10:07
Putin Paşinyanı Baş nazir kimi qəbul etmir – Politoloq
31 Iyul 2026 09:52
"Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb" - Sadır Japarov
31 Iyul 2026 09:38
Azərbaycan-Qırğızıstan əlaqələri strateji mərhələyə yüksəlir
31 Iyul 2026 09:37


Bakı -°C

