Ruslan Dost Əli: “Şuşadan sonra xeyli böyümüşəm” - MÜSAHİBƏ
Ümumiyyətlə, insan üçün söz mühim yerdə dayanır. Söz vermək insanın özünün özünə hesabat verməyinə bənzəyir. Düşünürəm ki, müsahibimiz gənc şair Ruslan Dost Əlinin şeirləri də onun özü ilə “haqq- hesabı”dır. ..
-Ruslan qonağı gələndə “yaxşı bir çay dəmlə”yir?...
-Biz ürəyimizi süzüb qonaq qarşısına çıxırıq. Ruhumuz ipək kimidir, süfrəmiz də həmişə açıq...
-Son zamanlar imzan az - az görünür...
-Məncə, son zamanlar hamı az-az görünür. Bəziləri özündə gizlənə-gizlənə, digərləri çoxluqda itə-itə. Mənə birinci rahatdı.
-Yazmaq istəmirsən, yoxsa zamanın yoxdur?
- Siz nə bilirsiz, mən yazmıram?... Amma o gerçəkdi ki, müəyyən bir mərhələdə nə baş verdiyini özün də anlamırsan; doğrudan yazmaq istəmirsən və ya yaza bilmirsən...
-Ruslan hansı misradan yapışıb dünyanın sonunadək getmək olar?
- Mən sona getmək istəmirəm, başlanğıclar təşnəsiyəm. Son vecimə deyil.
-Adamı insanlar yorur, yoxsa həyat?...
-Açığı, mən yorulmağı sevmirəm. Yorulmuşamsa özüm-özümü yormuşam. Günah özümdədi...
-Xatirələri yazmaq asandır?...
- Ən maraqlı süjet Allaha məxsusdur... Bizim xatirələrimiz aysberqin görünən tərəfidir... Kaş bütün pəncərələrdən görünən xatirələri bir adamın qələmində oxuya biləydik... Çətin.
-Ağdamı, Şuşanı görməyən bir gənc torpaqların azad olunmasından sonra o yerlərə şeir yazır... Görmədən, bilmədən, ancaq hiss edərək... Çətin deyil?...
- Mən Təbrizi də, Dərbəndi də, Kərkükü də görməmişəm, gözüyumulu yazaram o küçələrdən. Vətən müqəddəs nəsnədi, orda olmaq, olmamaq heç nəyi dəyişmir. Amma sizə bir sirr açım, Şuşadan sonra xeyli böyümüşəm, xeyli...
-Ömrünün hər künc- bucağında bir misra saxlamaq gözəldir, yoxsa darıxdırıcı?
- Mən bütün şeirlərimi əzbər bilmirəm. Hələ ki darıxmıram...
-Deyirlər 30 ömrün çiçəklənən dövrüdür...
- Böyüdükcə dünyanın balacalaşmağından bir az narahatam. Bilmirəm, açığı, çiçəklənmək budurmu ya yox?... Amma indi daha çox sevirəm insanları. Onları yaxşı tanımağa başlayanda...
Əntiqə Kərimzadə
Digər Xəbərlər
18 Dekabr 2025 11:51
Mahir CAVADLI: Dünyanın biz tərəfə baxan gözünün kor, qulağının kar olduğunun şahidi olmuş qələm adamları….
15 Dekabr 2025 11:33
Səhiyyə Nazirliyi: Orqan köçürülmüş xəstələrdə laborator nəzarət gecikməməlidir
12 Dekabr 2025 12:24
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək- 2026-cı ilin astroloji-siyasi təhlili
12 Dekabr 2025 09:10
“O, mənə zəng vurub dedi ki, Moskvada Azərbaycanda dövlət çevrilişi etmək üçün...”
09 Dekabr 2025 20:39
Hikmət Hacıyev və Armen Qriqoryan ilk dəfə birlikdə müsahibə verdilər
08 Dekabr 2025 11:21
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq - MÜSAHİBƏ
24 Noyabr 2025 12:00
“Şeir qəlbin səsidir...” - MÜSAHİBƏ
24 Noyabr 2025 11:14


Bakı -°C

