Rusiya Ukraynanın İzmail limanını vurub

Rusiya gecə saatlarında Ukraynanın Odessa vilayətindəki İzmail limanını vurub.
Adalet.az xəbər verir k, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın PUA-larla Ukrayna ərazisinə hücum etdiyini açıqlayıb. Hücum zamanı çoxlu sayda PUA vurulsa da, İzmail rayonundakı liman infrastrukturuna ziyan dəyib, 2 nəfər yaralanıb.
Odessa vilayəti Hərbi Administrasiyasının rəisi Oleq Kiper bildirib ki, hücum zamanı nəzarət-buraxılış məntəqəsi binası və anbarlar zərər görüb, təxminən 30 yük maşını və 6 qoşqu alovlanıb, yanğın söndürülüb.
Vasif Əlihüseyn