24 Iyun 2022 13:11
443
DÜNYA

RUS AYISINA MEYDAN OXUYAN DOVŞAN

Deməli belə. Bir dovşan hər gün gəlir çayın qırağına. O biri tayda yuva salmış ayını çağırır:

- Miş, Miş.

Ayı yuvasından yuxulu-yuxulu çıxır. Soruşur:

- Nədi, ə?

Dovşan başlayır ayını söyməyə, o ki var söyür.

Ayı çayı keçmək istəyəndə dovşan götürülür.

Bu demək olar ki, hər gün təkrar olunur. Dovşan gedir dovşanların içində tripaçlıq edir ki:

- Sən öl, Mişin üzünə söyürəm, özü də bütün nəslinə, mənə bir söz deyə bilmir.

Dovşanlar inanmır. Deyir, inanmırsız gedək sizin yanınızda söyüm. Yığışıb hamısı gəlir çayın kənarına.

Tripaç dovşan bağıra-bağıra çağırır:

- Miş, Miş, ə, sənlə deyiləm?

Ayı da boğaza yığıldığından çayı bu taya keçib meşədə gizlənibmiş. Qəfil meşədən çıxır, əl atıb dovşanın boynundan tutub qaldırır yuxarı:

- Ə, nə deyirsən?

Dovşan yazıq-yazıq baxır və deyir:

- Dyadya Miş, bax, bütün qohum-əqrəbamı yığıb gətirmişəm ki, səndən üzr istəyim.

Stalin Litvaya zəng edir. Rus dilində telefonçu qıza deyir ki, birinci katibi bağla.

Telefonçu qız:

- Poqovarite po litovski, pojalyusta.

Stalin bir də tələb edir ki, birinci katibi bağlasın.

Qız yenə deyir:

- Poqovarite po litovski, pojalyusta.

Stalin:

- İtin qızı, bu dəqiqə mənə birinci katibi bağlamasan, sabah bütün Sibir Litva dilində danışacaq.

Qəzetlərdə oxudum ki, Litvanın prezidenti Putini hədələyib.

Aqil ABBAS