21 Iyul 2025 14:41
182
DÜNYA

Kreml: Rusiya-Azərbaycan münasibətlərindəki çətinliklər geridə qalacaq

Rusiya və Azərbaycan arasında münasibətlər çətin dövrünü yaşayır, lakin Moskva bunun başa çatacağına ümid edir.

Adalet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Münasibətlərin həqiqətən də möhkəm təməli var. İki ölkənin maraqları üst-üstə düşür, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var, lakin bəzən münasibətlərdə çətin dövrlər yaşanır. İndi belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək", - o jurnalistlərə bildirib.