Paşinyan COP17-nin keçiriləcəyi tarixləri açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası (COP17) Tərəflərinin 17-ci Konfransının keçiriləcəyi tarixlərin artıq təsdiqləndiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, onun sözlərinə görə, konfrans 2026-cı il oktyabrın 18-dən 30-dək İrəvanda keçiriləcək.
“Biz Ermənistandakı bütün iştirakçıları və maraqlı tərəfləri biomüxtəlifliyin qorunub saxlanması səylərini birgə inkişaf etdirmək üçün salamlamağı səbirsizliklə gözləyirik”, - deyə o sosial mediada qeyd edib.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, o cümlədən hökumətlərin, akademik dairələrin, ətraf mühit təşkilatlarının və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.
Digər Xəbərlər

Musson yağışları 125 nəfərin həyatına son qoyub

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyünə siyasi maneələr dərhal aradan qaldırılmalıdır

"Beynəlxalq məhkəməyə müraciət Bakının haqqıdır" - Peskov AZAL təyyarəsindən danışdı

Kreml: Rusiya-Azərbaycan münasibətlərindəki çətinliklər geridə qalacaq

Rusiya-Ukrayna dsnışıqları bu həftə davam edə bilər

"Almaniya Ukrayna üçün 5 milyard avro dəyərundə Patriot raketi alacaq"

Çində “Vifa” qasırğasına görə 670 min nəfər təxliyə edilib
