F1 Azərbaycan Qran-prisinin Könüllü Proqramı uğurla tamamlanıb

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.
Bu barədə Adalet.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 mindən çox müraciət daxil olub. Onlardan təxminən 16 min namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib.
Səkkiz həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndiriliblər. Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Digər Xəbərlər

"Kəpəz"də yeni təyinat

Mbappe ötən ayın ən yaxşısı seçildi

Türkiyənin qadın voleybolçuları ilk dəfə dünya çempionatının finalında

Siz AZAD JURNALİST üçün nə etmisiniz?! - Elçin Cəlilov yazır

Velosipeddən yıxılıb körpücük sümüyünü sındırdı

"İstefa verməsə, lazımi tədbirləri görəcəyik" - AFFA-nın baş katibi

"İstefa vermək barədə düşünmürəm" - Fernandu Santuş
