Robert De Niro Kannda mükafat aldı:"Qızıl Palma Budağı"
Mayın 13-də 78-ci Kann Film Festivalının açılışı olub.
Adalet.az xəbər verir ki, amerikalı aktyor, rejissor və prodüser, 2011-ci il festivalının münsiflər heyətinin sədri olan Robert De Niro yenidən Kann Festivalına qatılıb. Qazandığı nailiyyətlərə görə, Robert De Niroya “Qızıl palma budağı” mükafatı təqdim olunub.Açılış mərasiminin ertəsi günü - mayın 14-də Robert De Niro “Salle Debussy” səhnəsində festivala gələnlərlə görüşüb.
Yeri gəlmişkən, “Reuters” xəbər verir ki, Robert De Niro mükafatlandırma mərasimində çıxışı zamanı ABŞ prezidenti Donald Trampı və onun xaricdə istehsal olunan istənilən filmə rüsum tətbiq etmək təklifini tənqid edib.
Kann Film Festivalına bir həftə qalmış Tramp xaricdə çəkilən bütün filmlərə 100% rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri bildirib ki, onun məqsədi film istehsalını ABŞ-a qaytarmaqdır. Variety qeyd edir ki, Tramp daha sonra yekun qərarların verilmədiyini deyib və studiya rəhbərləri ilə görüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, azərbaycanlı pərəstişkarları bol olan məşhur Hollivud ulduzu Robert De Niro `illər əvvəl Nargis` jurnalına müsahibəsində bildirmişdi ki, Bakı haqqında çox eşitmişəm:" Amma orada heç vaxt olmamışam. Mənə danışıblar ki, Bakı çox gözəl yerdir”.
2020-ci ildə sosial şəbəkələrdə Robert De Nironun Azərbaycan Silahlı Qüvvələr Fondunda 1 milyon dollar yardım etdiyi haqqında məlumat yayılmışdı.
Həmçinin qeyd olunub ki, ermənilər Robert de Nironun bu addımına görə boykot etməyə çağırış etmişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

