Rəngli köpəkbalığının “sirr”i məlum oldu
Xəbər verdiyimiz kimi, Kosta-Rika sahillərində - Karib dənizinin sularında narıncı rəngdə köpəkbalığı görüntülənib.
Adalet.az xəbər verir ki, aşkarlanan bu köpək balığı fərqli rəngə sahib olması ilə diqqət çəkib. Bəziləri bunu süni intellektlə hazırlanmış bir görüntüyə bənzətsə də, mütəxəssislər onun həqiqi olduğunu təsdiqləyiblər.
Bəs köpək balığının rəngi niyə narıncıdır?
Alimlərin sözlərinə görə, bu qeyri-adi rəng, nadir rast gəlinən albino-xantizm adlı genetik vəziyyətdən qaynaqlanır. Bu hal, albinizm (piqmentsizləşmə) və xantizm (həddindən artıq sarı-narıncı piqment yaranması) birləşməsinə işarə edir.
Tarixə düşən ilk albino-xantist köpək balığı olsa da, daha əvvəl bənzər hallar bəzi dəniz canlılarında qeydə alınıb, lakin bu köpəkbalığı nümunəsi xüsusilə nadir hadisədir.
Qeyd edək ki, təxminən 1,8 metr uzunluğunda olan köpəkbalığı “Tortugero” Milli Parkının yaxınlığında 37 metr dərinlikdə aşkarlanıb.
Digər Xəbərlər
07 Iyun 2026 17:56
Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı - VİDEO
07 Iyun 2026 00:11
11 yaşlı oğlanın qulaqlarından və gözlərindən qan axır - Səbəbi isə...
06 Iyun 2026 19:38
Sarışın qadınlara hansı rənglər yaraşır?
06 Iyun 2026 16:38


Bakı -°C

