"Real"ın futbolçusu 12 oyunluq cəzalana bilər
İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.
Adalet.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsidir.
İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.
Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 20:21
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
02 Oktyabr 2026 19:22
"Fənərbağça" Bakıda - FOTOLAR
02 Oktyabr 2026 17:31
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 12:07
Millətlər Liqası: Fransa İtaliyaya qarşı
02 Oktyabr 2026 11:54
Portuqaliyaya qol vurdu, Ronaldo kimi sevindi - VİDEO
02 Oktyabr 2026 10:14
Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
02 Oktyabr 2026 09:29
Millətlər Liqası: Portuqaliya və Almaniya qələbə qazandı - VİDEO
01 Oktyabr 2026 22:00


Bakı -°C

