Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
Axşam idi. Otağın işığı yanmırdı. Çöldə elə soyuq idi ki, dodaqlar çatlayırdı. Hamımız sobanın başına yığışıb söhbət edirdik. Birdən söhbət ondan düşdü. Hər kəs bildiyi bir hadisəni xatırladı. “Varın verən utanmaz” deyərlər, kimin nə xatirəsi vardısa, dilə gətirdi.
Masada əyləşən kəşfiyyatçı dostum sanki danışmağa tərəddüd edirdi. Ancaq özünü saxlaya bilmədi. Çayını təzələyib bir qurtum içdi. Stəkanı ovucunda saxlayaraq arxada ikimərtəbəli əsgər çarpayısında dirsəklənib alaqaranlıq masamıza baxan yoldaşını əli ilə göstərdi və danışmağa başladı:
- Bunun da iştirak etdiyi bir döyüş tapşırığına getmişdik. Düşmən arxasına sızaraq tapşırığı uğurla yerinə yetirdik. Ancaq Ağdamın Yusifcanlı kəndi ərazisində düşmən bizi mühasirəyə aldı. Dəfələrlə döyüş manevrləri etsək də, vəziyyətdən çıxa bilmədik. Rabitə vasitəsilə çağırış etdik. Əlaqə alındı. Bizə atəş dəstəyi göstəriləcəyi bildirildi.
O tərəfdə hər şey plan üzrə aparılırdı. Qarşıdurma xəttində rabitənin o başında olan komandirin göstərişləri ilə bütün proses dəqiqliklə idarə olunurdu. Artilleriya düşməni aldatmaq üçün qrupun tam əks istiqamətinə atəş açdı. Biz isə düşmənin gözləmədiyi yerdən qurdun sürüyə hücumu kimi sarsıdıcı basqı etdik və mühasirədən çıxdıq. Öz səngərlərimizə doğru hərəkət başladı. Səngərə atıldığım an qarşımdakı işıltılı gözlər birbaşa gözlərimin içinə baxdı. Palçığın içində idim. O, gözləri ilə gözümə baxıb alnını alnıma dirədi, sonra palçıqlı çiynimdən öpdü və soruşdu: - İtkimiz yoxdur ki? - Yox, hər şey qaydasındadır. - Oğulsan. Mən sizin sağ qalmağınız üçün böyük məsuliyyətin altına girdim, - dedi və əlindəki qətifəni mənə uzatdı. - Üz-gözünü qurula, isti çay iç və dincəl.
O, bütün qrup üzvlərini eyni səmimiyyətlə, eyni doğmalıqla qarşıladı.
Sonra mən ondan kim olduğunu soruşdum. O qədər sadə və səmimi idi ki, gülümsəyərək dedi: - Mən bu hərbi hissənin komandiriyəm, sizin də qardaşınız.
Adım Raqufdur…
Bu, həmin Raquf Orucov idi.
Səmimi deyirəm, bəzən işğaldan azad olunmuş ərazilərdə ilk dəfə ayaq basdığım yerlərdə elə bilirəm onunla göz-gözə gəlirəm. O, əsl qəhrəman idi. Vətəni canından çox sevirdi. Bunu sübut etmək üçün yox, yaşadığı amalın həqiqət olduğunu dünyaya çatdırmaq üçün 2016-cı ilin Aprel döyüşlərində şəhadətə ucaldı.
Haqqın ödənilməz qəhrəman qardaşım.
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15
“İranda yüksək vəzifəli şəxslər ziyarətgahların altında yeraltı sığınacaqlar hazırladıblar”
16 Yanvar 2026 12:18


Bakı -°C

