"Bunu görməyən kordumu?" - Hicran Hüseynova
"İş yerlərinin açılması ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar. Deyirlər Qarabağda və Şərqi Zəngəzurda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməyəcək? İndi Azərbaycanda bütün infrastruktur yaradılıb. Fransada yaşayan gəlib İsveçrədə, Almaniyada yaşayan başqa bir ölkədə işləyir. Niyə bunlar bunu edə bilirlər, bizimkilər edə bilmirlər. Niyə hər dəfə bir şey tapmaq istəyirlər ki, bunu nöqsan kimi göstərsinlər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
"Siz dünyada ikinci belə ölkə tanıyırsız ki, qısa müddətdə, 5 ildən sonra bütün insanları öz doğma torpaqlarına köçürsünlər. Azad edilmiş ərazilərdə baxın necə inkişaf gedir. Bunu görməyən kordumu? Biz əhali ilə bu istiqamətdə danışmalıyıq. Bəli, problemlər var, onların həlli də var. Qısa müddətdə bu məsələlər həll olunacaq. Maaşlar, pensiyalar artırılacaq", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
04 Mart 2026 13:44
İranlı pilotlar Azərbaycan sərhədi ilə təxliyə olundu - FOTO
04 Mart 2026 13:29
“Birlik və Qardaşlıq” iftar proqramı keçirildi - FOTOLAR
04 Mart 2026 12:59
Azərbaycanda bu idmançılara hərbi xidmətdən möhlət verilməsi təklif olunur
04 Mart 2026 12:55
Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
04 Mart 2026 12:46
Son iki saatda daha 21 nəfər İrandan Azərbaycana təxliyə olundu
04 Mart 2026 12:30
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
04 Mart 2026 12:26
Araz Paşayev: 980 nəfər fevral ayında sanatoriya-kurort yollayışlarından istifadə edib
04 Mart 2026 10:45


Bakı -°C

