Ramil Həsən ATƏT-in Baş katibi ilə görüşdü
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş əsnasında 2010-cu ildən etibarən davam edən ATƏT, ATƏT PA və TÜRKPA arasındakı əlaqələrin vəziyyəti, sülhə və əmin amanlığa, konfliktlərin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən işlər müzakirə edilib.
R.Həsən qeyd edilən məsələlərlə bağlı ATƏT və Baş katib Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.
F.Sinirlioğlu iki təşkilatın mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və bu istiqamətdə ATƏT-in səlahiyyətləri çərçivəsində verilə biləcək dəstəklər istiqamətində fikirlərini ifadə edib.
O, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələri dünya və ATƏT-in üzv ölkələri üçün xüsusi əhəmiyyət daşıyır və sülhə xidmət edir:
"Türk dünyasının ortaq məqsədlərinə sahib çıxmaq və ümumbəşəri dəyərlərin daha da gücləndirilməsinə töhfə verməyə hər zaman hazırıq".
Görüşdə eyni zamanda TÜRKPA-nın bu ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan "Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası" mövzulu konfransla bağlı fikir mübadiləsi aparılıb, eləcə də digər qarşılıqlı maraq kəsb edən məqamlar haqqında danışılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

