Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Adalet.az xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib.
H. Hacıyev əlavə edib ki, görüşdə Azərbaycan-NATO münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş irəliləyiş müzakirə olunub:
"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".
Digər Xəbərlər
25 Iyun 2026 14:48
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
25 Iyun 2026 14:11
“AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır”
25 Iyun 2026 14:09
Ceyhun Bayramov polşalı həmkarı ilə görüşdü
25 Iyun 2026 12:38


Bakı -°C

