"Enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan..."
"Cənab Prezidentimiz İlham Əliyevin və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanı imzalaması ilə iki ölkə arasında münasibətlərində möhtəşəm bir tarix yaradıldı".
Bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, bütün hərfi və ruhu ilə həm ikitərəfli, həm də regiondakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyan bu sənədin hər bir maddəsi böyük əhəmiyyət daşıyır:
"Yalnız bir neçə məsələyə diqqət yetirilməsi çox şeyi deyir. Birincisi, hər iki ölkə ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyirlər.
İkincisi, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyən dövlətlərimiz strateji tərəfdaşa çevrilirlər.
Üçüncüsü, tərəflərin Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürmələrini bəyan etmələri dünya iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya sistemində Azərbaycanın artan rolunu göstərir.
Dördüncüsü, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyəti qəbul edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanın öz təbii qazı ilə enerji təhlükəsizliyini təmin etdiyi 16 ölkədən 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bunun nə demək olduğu da aydındır.
Nəhayət, ABŞ hökuməti ölkəmizin mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq edəcəkdir".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

