Bu, Azərbaycan xarici siyasətinin artıq yeni bir mərhələsidir – Politoloq
“ABŞ-nin Vitse-prezidenti Jey Di Vensin Azərbaycana səfəri ikitərəfli əlaqələrdə yeni bir mərhələnin başlanmasıdır. Xüsusilə strateji tərəfdaşlıq xəritəsi imzalandı və bu Amerika Birləşmiş Ştatlarının Azərbaycanla strateji tərəfdaş olması deməkdir”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, bu, son otuz ildə Azərbaycanla ABŞ arasında yaşanan qızıl dövrdür:
“Düşünürəm ki, bundan sonra tərəflər münasibətləri yüksək səviyyədə saxlayacaqlar. Hesab edirəm ki, bu mütəffiqlik yolunda da ən uğurlu bir addımdır. Bu, Azərbaycan xarici siyasətinin artıq yeni bir mərhələsidir. Çünki Azərbaycan otuz il elə bir siyasət yürüdüb ki, burada balanslıq, işğal faktoru olub. Amma yeni çağırışlar, təhlükəsizlik təhdidləri və dünyada yeni siyasi bir prosesin formalaşması Azərbaycanı da artıq labüd edir ki, dünyanın supergücü ilə strateji tərəfdaşlıq formatı yaradılsın. Düşünürəm ki, Vensin səfəri də bu xüsusdadır. Artıq ABŞ TRİP layihəsi ilə də Cənubi Qafqazda güclənir və hesab edirəm ki, bu səfər ABŞ-Azərbaycan əlaqələrində hərbi, texniki, siyasi, iqtisadi, süni intelekt, müdafiə, həmçinin nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıq edəcək. Həmçinin Azərbaycanın Qərb siyasətində mühüm bir başlanğıc olduğunu demək olar. Hesab edirəm ki, Vensin səfəri uğurlu oldu və Amerika Birləşmiş Ştatları bu prosesdən məmnundur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

