“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi...”
“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri məhsuldar oldu. Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi. İkincisi, İlham Əliyev Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında birgə hərbi təlimlərini izlədi. Üçüncüsü, İlham Əliyev Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, İlham Əliyev və Nikol Paşinyan ötən ilin 8 avqust Vaşinqton görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdülər:
“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla yanaşı, Ermənistana da yatırımlarının həcmini artırıb. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi bu ölkənin Cənubi Qafqazda möhkəmlənməsi istəyindən xəbər verir. Azərbaycanın Səudiyyə Ərəbistanı və Qətərlə də sıx əməkdaşlığı var. Ancaq hiss olunur ki, BƏƏ fəallığı ilə Cənubi Qafqazda bu iki ölkəni qabaqlamağa çalışır. Körfəz ölkələri tərəfdaş sayılsalar da, aralarında rəqabət də var. Odur ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan və Ermənistanla artan tərəfdaşlığını müşahidə edən Səudiyyə Ərəbistanı və Qətər də Cənubi Qaqafzda möhkəmlənmənin yeni yollarını arayacaqlar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Fevral 2026 13:43
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - Ceyhun Bayramov
05 Fevral 2026 12:25
“Öz niyyətlərinə çatmaq istəyən qaranlıq qüvvələr qəm dəryasına batıblar...”
05 Fevral 2026 11:49
Türkiyə-Ermənistan sərhədləri bu tarixdə açılacaq - Politoloq
05 Fevral 2026 10:54
Prezidentdən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimi ilə bağlı paylaşım
05 Fevral 2026 08:38
Azərbaycan-BƏƏ əməkdaşlıq məsələləri müzakirə edildi
05 Fevral 2026 08:23
Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir - "Haber Global" - VİDEO
04 Fevral 2026 20:54
Ərdoğan İlham Əliyevi təbrik etdi - "Qardaşımın atdığı cəsur addımlar..."
04 Fevral 2026 20:42


Bakı -°C

