adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 13:02
71
DÜNYA
A- A+

Pakistanda yanğın6 ölənlərin sayı artdı - VİDEO

Pakistanın cənubundakı Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Adalet.az "Geo" telekanalına istinadən bildirir ki, yanğın 33 saatlıq xilasetmə işlərindən sonra söndürülüb. Hadisə əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində baş verib.

İlkin məlumatlara görə, yanğına süni gül və qab satan mağazada elektrik qısaqapanması səbəb olub. Faktla bağlı araşdırma başlanıb.

***

09:55

Pakistanın Karaçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində altı nəfər ölüb.

Adalet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ölənlər arasında bir yanğınsöndürənin olduğu, 20-dən çox insanın yaralandığı və bəzi insanların hələ də çoxmərtəbəli ticarət mərkəzi binasında qaldığı bildirilir.  1200 müəssisənin yerləşdiyi "Gul Plaza" ticarət mərkəzinin bəzi hissələri uçub və yanğınsöndürənlər bunun xilasetmə işlərinə mane olduğunu bildirirlər.