“Azərbaycan Qərblə əməkdaşlığı inkişaf etdirməlidir...”
“Prezidentin 20 minə yaxın məhkumu əhatə edəcək amnistiya aktı imzalayacağı yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Ölkədə real siyasi və hüquqi islahatların aparılması və sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atılması labüddür. Avropa İttifaqı yeni güc olaraq beynəlxalq müstəvidə önə çıxır. Azərbaycan AŞPA-ya qayıtmalı və Qərblə bir çox istiqamətlərdə normal münasibətlər sisteminə üstünlük vermək lazımdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, bu gün Avropa İttifaqı Rusiyanın Ukraynada siyasi və hərbi fəaliyyətinə ciddi təzyiqlər edir:
“Demək olar ki, Rusiyanın Ukraynada öz şərtlərini qəbul etdirməsinə imkan vermir. Artıq Rusiya zəifləyir. Qərbin Cənubi Qafqaza siyasi baxışı dəyişir. Göründüyü kimi, dövlət başçısı reallıqları obyektiv qiymətləndirir. Azərbaycan Qərblə əməkdaşlığı inkişaf etdirməlidir. Ötən həftə siyasi təhlilimdə Qərblə əməkdaşlığın vacibliyini qeyd etmişdim. Qərb Azərbaycandan öz seçimini etməsini istəyir. Təbii ki, Azərbaycan öz milli maraqlarına uyğun siyasət aparır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya və İran kimi iki aqressor qonşu ilə sərhəddir. Hər iki qonşu Qərblə konfontrasiyaya malik olmaqla yanaşı, daima Azərbaycanda öz şəbəkələrini qurmağa çalışır. Amnistiya aktının ardınca, müxtəlif sahələrdə fundamental qərarlar verilməsi labüddür”.
Vasif
Digər Xəbərlər
16 Mart 2026 16:47
Sahibə Qafarova Tulia Akson ilə görüşdü
16 Mart 2026 16:17
İlham Əliyev Tokayevi təbrik etdi
16 Mart 2026 14:17
Samir Nuriyev Xocavənddə iclas keçirdi
16 Mart 2026 11:43
“Azərbaycan müharibədə nəinki tərəf tutmur, əksinə...” – Politoloq
16 Mart 2026 10:52
“Halbuki, Qarabağ hərəkatının davam etdirilməsi yeni müharibə deməkdir”
16 Mart 2026 10:45
Prezident SOMDA hərbçilərini təltif etdi - SİYAHI
16 Mart 2026 10:34
“İranı idarə edən generallar Ermənistanı da hədəf seçə bilərlər...” – Politoloq
16 Mart 2026 09:27


Bakı -°C

