adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 10:52
89
SİYASƏT
A- A+

“Halbuki, Qarabağ hərəkatının davam etdirilməsi yeni müharibə deməkdir”

“Ermənistanda parlament seçkisi (7 iyun) yaxınlaşdıqca, ölkədə daxili vəziyyət də kəskinləşir. Burada əsas mübarizə Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi "Mülki Müqavilə" partiyası ilə Rusiyayönlü və Daşnaksütyun zəkalı siyasi qüvvələr arasında gedir. Əsas məsələ isə "sülh, yoxsa müharibə", yaxud Azərbaycan üçün bitmiş olan "Ermənistan Qarabağ hərəkatını davam etdirsin, ya yox?!" dilemması ətrafındadır”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

Onun sözlərinə görə, bununla bağlı Nikol Paşinyan özünün Feysbuk səhifəsində yaydığı videoçıxışında bəyan edib ki, iyunun 7-də dəqiq qərar verilməlidir: 

“Ermənistan Qarabağ münaqişəsini davam etdirir, ya yox? Hazırda meydandakı siyasi mövqelər belədir: sülh partiyası (Paşinyan) Qarabağ hərəkatının əleyhinədir, müharibə partiyası isə birbaşa və ya dolayısı ilə deyir ki, Qarabağ hərəkatı davam etdirilməlidir. Paşinyan bir az da konkret danışaraq deyib ki, "...Ktriç Nersisyan müharibə partiyasının rəhbərliyini üzərinə götürüb, qalanları – Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və başqaları – bu məntiqə sığışırlar". Halbuki, Qarabağ hərəkatının davam etdirilməsi yeni müharibə deməkdir. Ona görə də xalq qarşıdakı seçkilərdə deməlidir: o, Qarabağ hərəkatını davam etdirir, ya yox? Paşinyan videoçıxışda həm də xalqı Konstitusiya dəyişikliyinə səs verməyə çağırıb. Deyib ki, Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olunması yanlışdır, çünki bu sənəd müstəqillik bəyannaməsi deyil, daha çox konflikt bəyannaməsidir. Qarabağ ermənilərinin qayıdış məsələsi ilə manipulyasiya edənləri də tənqid atəşinə tutan Paşinyan çıxışını bu müddəalarla yekunlaşdırıb ki, biz sülh yolunu seçirik, çünki Sülh şəraitində Ermənistan daha da möhkəmlənəcək, müstəqilliik və suverenlik daha da güclənəcək. Bax bunları kim istəyirsə, mənim arxamca gəlsin".Bəs erməni xalqı N.Paşinyanın arxasınca gedəcəkmi? Buzcə, Rusiya ciddi müdaxilə etməsə, gedəcək”.

Vasif ƏLİHÜSEYN