adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 11:41
69
GÜNDƏM
A- A+

“Onu ilk dəfədir belə şux görürəm...” – Tanınmış jurnalistin atası da Zəngilana qayıtdı - FOTO

Tanınmış jurnalist, avtosfer.az saytının rəhbəri Elməddin Muradlının atası Zəngilana, doğma kəndinə qayıdıb. 

Adalet.az xəbər verir ki, bu haqda E.Muradlı özü məlumat verib. 

O, ilk dəfədir ki, atasını belə şux gördüyünü deyib:

“Atamı son illərdə nə vaxt belə şux, güləriz gördüyümü düzü, xatırlamıram. Bu gün Zəngilana, doğma kəndinə, elinə-obasına qayıtdı deyə üzü gülür. Onu ilk dəfədir belə görürəm. Kənddə yeni evinin açarlarını da almaq qismət oldu. Uca Yaradan hər kəsə yurduna sağlam dönməyi nəsib etsin. Yaşasın Azərbaycan. Tanrı dövlətimizi, Ali Baş Komandanımızı və Ordumuzu qorusun!”.

Vasif ƏLİHÜSEYN