“Din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər...” - İlahiyyatçı
“Ermənistan - Azərbaycan arasındakı sülh prosesi davam edir. Hər iki tərəfdən prosesin sürətlənməsi üçün müvafiq addımların atıldığının şahidi oluruq. 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub, bir sıra görüşlər keçirilib. Qrupun üzvləri Bakını da gəziblər. Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, dövlət rəhbərlərinin, Xarici İşlər nazirlərinin, Parlament spikerlərinin, digər rəsmilərin səmərəli və mütəmadi görüşləri ilə paralel vətəndaş cəmiyyəti üzvlərinin də bu kimi görüşləri təqdirəlayiqdir:
“Qarşıya çıxan zəruri məsələlər, həmçinin gələcək planlar haqda fikir mübadiləsinin aparılması, təmasların olması sülhün daha sağlam təməllər üzərində bərqərar olmasına xidmət edir. Düşünürəm ki, vətəndaş cəmiyyəti üzvlərinin bu qəbildən olan səfərləri, görüşləri daha da geniş və əhatəli tərkibdə davam etməlidir. Digər zümrələrdən ibarət qrupların da təmasları ümumi işin xeyrinə olardı. Alimlərin, şairlərin, yazıçıların, jurnalistlərin, mədəniyyət və incəsənət adamlarının, Ermənistanda Kilsə - hakimiyyət arasındakı münaqişə həll edilib münbit durum yaranandan sonra din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər. Bütün maneələri aşaraq Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə doğru sürətlə irəliləməsi, sülh prosesinin sağlam şəkildə, bütün ümidləri doğruldaraq inkişaf etməsi dövlət siyasətinin sabitqədəmliyini və müdrik liderin idarəçilik təcrübəsini göstərir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Noyabr 2025 10:04
Azərbaycanda bu şəxslər cərimələnəcək
24 Noyabr 2025 10:03
Bəzi məlumatların yayılması qadağan edilir
24 Noyabr 2025 10:03
Azərbaycanda bu şəxslər həbs ediləcək
24 Noyabr 2025 09:42
Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur - FOTOLAR
24 Noyabr 2025 09:11
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir arada
23 Noyabr 2025 14:08
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
22 Noyabr 2025 19:00
Ramiz Mehdiyevin vəziyyəti pisləşdi - Təcili yardım çağırıldı
22 Noyabr 2025 10:59


Bakı -°C

