Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirilib
İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.
Bu barədə Adalet.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bununla əlaqədar olaraq, növbəti tədbir Zəngilanın Məmmədbəyli və Xocalının Xanabad kəndlərinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırl
Digər Xəbərlər
24 Noyabr 2025 12:15
Sədərəkdə 15 yaşlı qızı ərə vermək istədilər
24 Noyabr 2025 10:33
“Din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər...” - İlahiyyatçı
24 Noyabr 2025 10:04
Azərbaycanda bu şəxslər cərimələnəcək
24 Noyabr 2025 10:03
Bəzi məlumatların yayılması qadağan edilir
24 Noyabr 2025 10:03
Azərbaycanda bu şəxslər həbs ediləcək
24 Noyabr 2025 09:42
Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində tarixi uğur - FOTOLAR
24 Noyabr 2025 09:11
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir arada
23 Noyabr 2025 14:08


Bakı -°C

