“Mələk adları qoymaq İslam ənənəsində olmayıb” - İlahiyyatçı
“Övladlara ad seçərkən daha çox milli və mənalı adlara önəm vermək lazımdır. Qədimdən bəri adın insan taleyinə, həyatına təsiri, önəmi haqda bir çox fikirlər söylənilib. Ad məsələsi həqiqətən də insanın ilkin təqdimatı, şəxsiyyət ünvanı kimi önəmli məsələdir. Ad şəxsin millətini, hətta milliyyətini, soyunun məziyyətlərini, bəzən də dini mənsubiyyətini təqdim edir. Hətta bir çox hallarda tayfasını, nəsil ünvanını, kimliyini də müəyyənləşdirməkdə ilkin təqdimat rolunu oynayır”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
İlahiyyatçının sözlərinə görə, müxtəlif səbəblərdən adlarımızın böyük əksəriyyəti əsasən digər xalqlardan keçmə adlardır:
“Ərəb, fars, rus adları çoxluq təşkil edir. Son zamanlarda da Avropa xalqlarının adlarından və dini adlar adı altında ərəb isimlərindən geniş istifadə olunur. İslam ənənəsinə görə uşaqlara ad seçərkən öncə o adın Allahın vəhdaniyyətinə, dini və insani dəyərlərə əks olmaması, küfr mənalar ifadə etməməsi əsas şərtdir. Məsələn, əvvəllər "Abduşşəms" (Günəşin qulu), "Abduluzza" (Uzza bütünün qulu" yaxud müxtəlif vəhşi heyvan adları dəbdə idi. Ona görə Həzrət Muhəmməd Peyğəmbər bu kimi adlar daşıyan şəxslərin adlarını dəyişib ənənəyə uyğun adlarla əvəzləyirdi. Habelə buyurdu ki, övladınıza ad qoyanda yaxşı adamların adlarını qoyun ki, adı çəkiləndə həmin adamlar da xatırlansın. Mələk adları qoymaq İslam ənənəsində olmayıb”.
T.İrfan bildirib ki, bu, İslamın təşəkkülündən çox sonra meydana çıxıb:
“Peyğəmbər səhabələri arasında Cəbrayıl, Mikayıl, İfrafil, Rafail kimi adlara rast gəlmək demək olar ki, mümkün deyil. Həmçinin Peyğəmbərdən sonra dinin mehvəri sayılan Əhli Beyt mənsubları arasında da buna təvafüq edilməyib. Doğrudur, bunun qadağan olduğu haqda da sübut yoxdur, lakin həqiqət budur ki, Peyğəmbər və Əhli-Beytin sünnətində, yəni adətində belə hala rast gəlinmir. Məsələn, Peyğəmbərin künyəsi olan "Əbulqasim" (Qasimin atası) künyəsi rəvayətlərə görə yalnız Peyğəmbərə şamil edildiyi üçün başqalarının bundan istifadəsi məqbul görülməyib. Əzrail mələyin adını isə heç kəs istifadə etməyib. Sanki ona qarşı qorxu və xof hakim olub. "Əzazil" isə İblisin ünvanı olduğu üçün adətən qəddar və zalım adam üçün sadəcə ayama kimi istifadə edilib. Əsasən Peyğəmbər və İmamların, səhabələrin adları müsəlmanlar arasında geniş yayılıb. Fəqət bunu unutmaq olmaz ki, dinimiz hər xalqın öz milli adlarından istifadə etməyi yasaqlamayıb. Təbii ki, əgər mənası küfr və fəsad ehtiva etmirsə əksinə bu, tövsiyyə edilib. "Qurani - Şərifdə" Allah buyurur, biz sizi xalqlara, millətlərə ayırdıq ki, bir-birinizi tanıyasınız... Təbii ki, tanımaq da adla, millətlə, milli xüsusiyyətlərlə mümkündür. İslamın mahiyyətində, hədəfində müsəlmanları ərəbləşdirmə siyasəti yoxdur. Ona görə ərəb adlarını dini adlar adı altında yaymağa lüzum yoxdur. Peyğəmbər və İmamların adlarının çoxunun kökunə vardıqda onların da ərəb mənşəli olmadığını görürük. Onların çoxunun adı ərəblərə yəhudilərdən, süryanilərdən, qədim Misir və Həbəşistandan keçmədir. Peyğəmbərlərin, Əhli Beyt mənsublarının adlarını uşaqlara vermək dini cəhətdən alqışlanır. Lakin digər ərəb, fars və başqa əcaib, qəraib adları milli adlardan önə keçirmək "Quran"ın sizi "millətlərə ayırdıq" prinsipinə ziddir. Qurana görə heç kəs milli kimliyini itirməməlidir, cinsini dəyişməməlidir. Çünki millətləri və cinsləri Allah yaradıb, müəyyən edib. Quranda yer və şəxs adları o yerin xalqı tərəfindən necə istifadə olunubsa, o cür də xatırlanır. "Misir", "Firon" sözləri qibti dilində, mələklərin adları - İsrafil, Mikail, Cəbrail ibrani dilində, "Musa" sözü qədim Misir dilində "sudakı uşaq" mənasındadır. "Rum" surəsində Roma İmperiyasının adı elə olduğu kimi, latın dilində işlənmişdir. Yoxsa Allah Quranda bu adların hərəsinə ərəbcə yeni ismlər verməmişdir. İnsanların adlandırdığı formada da istifadə edilməsini məqbul görmüşdür. Bu meyara görə də xalqımız uşaqlarına ad seçərkən daha çox milli adlara önəm verməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Noyabr 2025 12:21
Başıma silah dirəyib kitab yazdırıblar? - Səxavət Məmməd yazır
20 Noyabr 2025 11:07
Ukraynanın Azərbaycandakı səfirliyi matəm kitabı açıb
20 Noyabr 2025 10:08
Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişib
19 Noyabr 2025 18:17
Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib - FOTOLAR
19 Noyabr 2025 17:40
İşğaldan azad edilmiş 3 şəhər sel sularından mühafizə üzrə layihələndiriləcək
19 Noyabr 2025 17:15
"Onkoloji xəstələrin dərman təminatı lazımi səviyyədə deyil" - Deputat
19 Noyabr 2025 17:02
Hərbçilərin mənzillə təmin olunmasına ayrılan vəsait artırılsın - TƏKLİF
19 Noyabr 2025 16:05


Bakı -°C

