"Bu gücü qorumaq üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır" - Komitə sədri
"2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər (xüsusi çəkisi 20,9 faiz) Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, 2026-cı il üçün təhlükəsizlik büdcəsinin artırılması məsələsi bu gün müzakirə etdiyimiz ən vacib istiqamətlərdən biridir . Onun sözlərinə görə, bu qərar təkcə maliyyə məsələsi deyil, eyni zamanda Azərbaycanın müasir təhlükəsizlik konsepsiyasının reallıqlara uyğun yenilənməsi deməkdir:
"Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır. Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və hərbi müdafiə ilə məhdudlaşmır. Bu gün təhlükəsizlik həm də informasiya müharibələrinə qarşı mübarizə, kiberməkanda müdafiə, enerji və kommunikasiya infrastrukturlarının qorunması, ictimai sabitliyin və daxili asayişin təminatı deməkdir. Azad edilmiş torpaqlarda bərpa və yenidənqurma prosesi artıq geniş vüsət alıb. Bu ərazilərdə minalardan təmizləmə, təhlükəsizlik infrastrukturunun qurulması, polis və fövqəladə xidmətlərin formalaşdırılması davam edir. Hər bir qayıdan vətəndaşın təhlükəsizliyi dövlətin bir nömrəli vəzifəsidir. Bu isə yalnız kifayət qədər maliyyə dəstəyi ilə mümkün ola bilər.
Digər tərəfdən, dünya miqyasında müşahidə olunan geosiyasi gərginliklər, regionda baş verən hərbi-siyasi proseslər, Ermənistanın bəzi dairələrinin hələ də revanşist meyilləri təhlükəsizlik məsələlərinə daha çevik və çevrəvi yanaşma tələb edir. 2026-cı ildə təhlükəsizlik büdcəsinin artırılması həm də kibertəhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətlərində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazası yaradacaq. Eyni zamanda, bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə və milli texnoloji potensialın yüksəlməsinə xidmət edəcək. Biz artıq silah və sursat idxal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik. Unutmamalıyıq ki, təhlükəsizlik - iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin zəiflədiyi yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür. Təhlükəsizlik büdcəsinə əlavə vəsait ayrılması dövlətin maliyyə yükünün artırılması deyil, əksinə - millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir".
Digər Xəbərlər
20 Noyabr 2025 12:59
Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi
20 Noyabr 2025 12:42
Elşən Musayev: “Dövlətimizin büdcəsi Qafqazın ən böyük büdcəsidir"
20 Noyabr 2025 11:50
Elman Nəsirov: “2026-cı ilin büdcəsi sosial rifahı və təhlükəsizliyi möhkəmləndirir”
20 Noyabr 2025 11:45
Siyavuş Novruzov dövlət başçısına TƏŞƏKKÜR ETDİ
20 Noyabr 2025 11:27
Razi Nurullayev: İnvestisiya proqramları tam şəffaf olmalıdır
20 Noyabr 2025 11:23
Hicran Hüseynova: Dövlət büdcəsinin əsas ağırlığı sosial siyasətə yönəlib
20 Noyabr 2025 11:04
“Ağdama ağ günü İlham Əliyevin diplomatiyası bəxş etdi...”
20 Noyabr 2025 11:02


Bakı -°C

