adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 11:54
72
DÜNYA
A- A+

Trampın Ukrayna üzrə "Sülh planı" ərazi güzəştindən ibarətdir - Politoloq 

"ABŞ prezidenti Donald Tramp yenidən Ukrayna ilə bağlı "sülh" planı hazırlayıb. D.Trampın xüsusi nümayəndəsi Uitkofun müəllifi olduğu plan Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya ərazi güzəştinə məcbur edilməsini özündə ehtiva edir. Yoxsa, belə bir sülh planı Avropa müttəfiqlərindən gizli hazırlanmazdı". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, təbii ki, ərazi güzəşti əvəzinə atəşkəsə gedilməsi, Qərbin strateji məğlubiyyəti olar: 

"V.Putinin planı ərazi güzəşti hesabına atəşkəsə getmək və sonrakı proseslərdə yenidən təzyiqləri artırılmasıdır. Ukrayna prezidentinə yenidən siyasi təzyiqlər başlayıb. Amma, bununla bərabər ABŞ Ukraynaya "Patriot" raket sistemlərinin verilməsini təsdiq edib. Ümumiyyətlə, Rusiyanın əsas strateji siyasəti Qərb üzərində siyasi və hərbi qələbə əldə etməkdən ibarətdir. Rusiya bu siyasəti Ukrayna üzərində həyata keçirir. Bu gün Ukrayna Rusiyanın Qəribə qarşı hərbi əməliyyatlarının əsas mərkəzidir.Qərb Ukrayna da Rusiyanı yalniz hərbi təzyiqlərlə durdura bilər. ABŞ "sülh planı" Ukraynanın Rusiya qarşısında atəşkəs müqabilində ərazi güzəşti olduğu üçün Kremllə birgə hazırlanmış plandır. ABŞ prezidentinin növbəti dəfə sülh planında torpaq güzəşti olduğu üçün Avropa ölkələri və Ukrayna tərəfindən qəbul edilməyəcək". 

Vasif ƏLİHÜSEYN