“Yalan üzərində nə qursan, nə tiksən mütləq uçub dağılacaq”
"Prezidentin müxtəlif bölgələrimizə rəhbər təyinatı zamanı səsləndirdiyi tənqidi fikirlər məmur əxlaqı mövzusunu yenidən gündəmə daşıyıb. İndi hər kəs "Yaxşı rəhbər necə olmalıdır?" və "Yeni gənc başçılar nədən başlamalıdır?" suallarına cavab axtarır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
“Birini də biz təkrar xatırladaq. 30 il Rusiyanın çarı olmuş I Nikolay xəstələnib ölüm döşəyinə düşən zaman belə bir etiraf etmişdi: “Taxta çıxanda mən yalnız həqiqəti bilməyə can atırdım. Ancaq bu 30 ildə hər gün o qədər yalan və yaltaq sözlər eşitmişəm ki, indi artıq həqiqəti yalandan ayırd etmək qabiliyyətimi də itirmişəm”. Bəli, bir Rəhbər üçün ən mühüm keyfiyyətlərdən biri yalanla həqiqətin sərhədini ayırd etmək və yalnız bundan sonra qərar vermək qabiliyyətinin olmasıdır. Bu qabiliyyətini itirməmək üçün də o, qulağına xoş gələn məstedici sözlərin ünvanına deyilməsindən, xüsusən də yalançıların və yaltaqların xidmətindən cəsarətlə imtina etməyi və ətrafına dürüst insanlar toparlamağı bacarmalıdır. Çünki yalan əxlaqsızılığın, dürüstlük də əxlaqın anası sayılar! İnsanın bütün qəbahət və naqislikləri, o cümlədən yaltaqlıq yalandan törədiyi kimi, ən müsbət keyfiyyətləri – ləyaqət, mərdlik və ədalətlilik də dürüstlükdən başlayar. Tarix sübut edir ki, hansı rəhbər zəiflik göstərərək, özünü yaltaqların məstedici ağuşuna atıbsa, elə o ağuşda da bihuş və sonda rüsvayçılıqla məhv olub, məzarını da ilk elə o yaltaqlar qazıblar! Qədim latınlılar elə bu hikməti nəzərdə tutaraq, deyərmişlər: “Yaltağın sözü zəhər qatılmış bal kimidir”. Yəni, sizə nə qədər şirin gəlsə də, sonda ya öldürəcək, ya şikəst edəcək! Yalan və ondan törəyən yaltaqlıq həm də Şeytani xislətin ifadəsidir. Yalan üzərində nə qursan, nə tiksən, nə toxusan və yaltaq sözüylə nə qədər bəzək-düzək vursan belə, bir gün mütləq söküləcək, uçub dağılacaq! Odur ki, işdir, Şahlıq Quşu haçansa çiyninizə qonsa, çalışın, yalana və yaltaq sözünə uymayın, yalançıların yanınıza soxulub sizi bihuş etmələrinə, təsir altına salmalarına imkan verməyin və ən yaxın çevrənizə də dürüst insanlardan çəpər çəkin, komandanızı məhz onlardan qurun! Çünki dürüstlər aldatmaz və satmaz; mərd, sədaqətli və ədalətli olar; Allah da onları qoruyar! Allahın qoruduğu kəslərə isə kimsə qalib gələ bilməz!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Mart 2026 19:25
Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB
13 Mart 2026 18:56
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13 Mart 2026 17:24
Deputatlarımız Latviya Seyminin sədri ilə görüşüb - FOTO
13 Mart 2026 17:23
“Bu, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir”
13 Mart 2026 16:45
"Deputatların qaldırdığı məsələlər diqqətdə saxlanılacaq" - Baş nazir
13 Mart 2026 16:21
Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verir - Deputat
13 Mart 2026 16:10
Yaxın Şərq "qırmızı xətt"i keçdi - Səxavət Məmməd yazır
13 Mart 2026 14:05


Bakı -°C

