adalet.az header logo
  • Bakı -°C
13 Mart 2026 16:45
81
SİYASƏT
A- A+

"Deputatların qaldırdığı məsələlər diqqətdə saxlanılacaq" - Baş nazir

"Ötənilki hesabatdan bu günə qədər deputatların müraciətlərinin sayı 124-dür. Hökumətin müvafiq qurumları tərəfindən il ərzində bu müraciətlərdən 51-i tam şəkildə icra edilib. 35 müraciət hazırda baxılmaqdadır və icra səviyyəsi yüksəkdir. Yaxın zamanlarda onlar icra olunacaq. Yerdə qalan 38 müraciət üzərində işlər aparılır, yəqin ki, onlar da öz həllini tapacaqlar".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

"Deputatlar tərəfindən seçicilərin müraciətləri əsasında qaldırılan məsələlər hökumətin aidiyyəti qurumları tərəfindən mövcud imkanlar çərçivəsində diqqətdə saxlanılacaq və onların maksimal dərəcədə icrası üçün hər bir şey olunacaq", - deyə Baş nazir bildirib.