29 Oktyabr 2025 11:43
67
GÜNDƏM

Tanınmış rəssamın 33 il sonra itkin qardaşı tapıldı - FOTO

Xəbər verdiyimiz kimi, birinci Qarabağ savaşında itkin düşən və bu yaxınlarda kimlikləri müəyyən edilən 16 itkin şəhidimizin dəfn mərasimləri keçirilir. 

Adalet.az-ın əməkdaşının əldə etdiyi məlumata görə nəşi tapılan şəhidlərimizdən biri də tanınmış rəssam Sehran Allahverdiyevin qardaşı Teymur Allahverdiyevdir. 

Onun 33 il öncə Şuşada itkin düşdüyü bildirilir. Şəhid Teymur Allahverdiyev oktyabrın 31-də saat 13:00-da Neftçala rayon Qaçaqkənd kənd qəbiristanlığında dəfn ediləcək. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN