"Mənə görə həmin qızı elə öz valideynləri "öldürüb""
"Astarada dünən toyu olan 17 yaşlı gəlin bu gün ölüb. Məlumatı oxuyub yaxşı düşünmək də olmur. Gəlinin hamilə olduğu bildirilib. Əvvəla, gənc bir qızın ölümü hamı kimi məni də üzür".
Adalet.az xəbər verir ki, bunu hüquqşunas Müşfiq Abbasov deyib.
"Ölümün səbəbini bilmirəm. Bu mütləq aydınlaşdırılmalıdır. Amma mənə görə həmin qızı elə öz valideynləri "öldürüb". Aydın məsələdir ki, qızı yetkinlik yaşına çatmadan ərə verməkdə də məqsəd onun hamiləliyini gizlətmək olub. Amma görünür ki, bu çıxış yolu deyilmiş...bu fakta görə mütləq cinayət işi qaldırlmalı, qızın kimlə və nə vaxt cinsi əlaqədə olması, zorakılıq və s. xüsusatlar ciddi şəkildə araşdırılmalıdır. Deyəndə ki, bu ölkədə ən tez pozulan şey əxlaqdır, çoxu bunu ciddiyə almır. Əxlaqın pozulması sonda bu cür faciələrə gətirib çıxarır. Valideyn məsuliyyətsizliyi, uşaqların internet audəçiliyi, təhsilsizlik və yanlış müasirlik anlayışı gələcəyimizi məhv edir", - deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

