Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Q.Qarayev prospekti 2A, 30/42, 32, 36 və 55 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir.
Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Digər Xəbərlər

Əli Əsədov: Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər dünya miqyasında tanınır

"Əməkdaşlığımızın gündən-günə genişlənməsi bizi sevindirir" - İlham Əliyev

Sanksiyalar Məsud Pezeşkianın siyasətinə zərbədir - Politoloq

İlham Əliyev Si Cinpini təbrik etdi

Dayanıqlı inkişaf modeli: Yeni regional və qlobal perspektivlər

Sabah Milli Məclisin payız sessiyası başlayır

Baş nazir qərar imzaladı
