Duqinin fikirləri və ya Rusiyanın istəyi -TƏHLİL
“Rusiya prezidenti Vladimir Putinin gələcəyə dair baxışlarını formalaşdırmaqda ciddi rola sahib olan Aleksandr Duqin maraqlı, həm də gözlənilən açıqlama verib. O bildirib ki, “Əgər bizim gərginliyi artırmağımızı istəmirsinizsə, Ukraynanı bizə verin, biz də bunu etməyəcəyik.”Aleksandr Duqinin fikirlərindən iki nəticəyə gəlmək olar. Birincisi odur ki, Rusiya Belarusiya ilə artıq ittifaq dövlət statusundadır və Ukraniyanı da bu ittifaqa daxil etmək niyyətindədir”.
Adalet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Mühbətov deyib.
Politoloqun sözlərinə görə, yaxşı başa düşür ki, hətta işğal etdiyi ərazilər əlində qalsa belə, istədiyinə tam şəkildə nail ola bilmir:
“Aleksandr Duqinin müəllifi olduğu və Rusiya mərkəzli "Avrasiya" layihəsinin işləkliyi də məhz bu prosesdən asılı olduğunu demək mümkündür.İkincisi isə, ondan ibarədir ki, Ukrayna döyüşdə fərqli strateji yol tutur. Yəni, müharibəni daha çox Rusiyanın daxilinə daşımağa çalışır. Bu istiqamətdə də əsas hədəfi Rusiyanın daxilindəki böyük enerji və infrastruktur təsisatlarıdır ki, bu hücumların nəticəsi olaraq Rusiyada bir sıra sahələrdə, o cümlədən enerji sahəsində böhranın olması ilə bağlı məlumatlar yayılmaqdadır. Üstəlik, Ukraniya yeni döyüş texnologiyalarından istifadə edir ki, bu da müharibədə həlledici rola malik addım kimi dəyərləndirilə bilər. Rusiya cəbhədə daha çox canlı qüvvə itkisi verir”.
S.Hümbətov bildirib ki, bu iki versiyanı əsas götürərək demək olar ki, hər iki tərəf görünür ki, müharibədən yorulub, amma fərqli vəziyyət olduğu üçün dayandıra da bilmirlər:
“Ukrayna dayansa ərazisini itirir, Rusiya dayanmaq istəsə Ukraniya imkan verməyəcək və həmçinin Rusiya istəyinə nail ola bilməyəcək.Eyni zamanda hər kəs bilir ki, Aleksandr Duqin Vladimir Putinin demək istədiyi, amma deyə bilmədiyi fikirləri də səsləndirir. Görünür, müharibə Rusiya daxilində sosial-iqtisadi vəziyyətə ciddi təsir edir və Kremili narahat etməyə bilməz. Ona görə də, bu fikirləri irəli sürür. ABŞ-nin mərkəzi kəşfiyyat idarəsi CIA-nın sədri John Ratcliffe 25 avqust 2026-cı ildə Rusiyaya qəfil şəkildə səfəri zamanı bu iddianın ortaya atılması da təsadüf görünməyə bilər.Nəticə olaraq ehtimal irəli sürmək olar ki, Qərb dövlətləri Ukraniyanı özlərinin təhlükəsizlik divarı hesab edirlər. Ona görə də, bütün imkanlarını bura səfərbər edirlər və müharibənin indiki vəziyyətdə dayandırılması onlara sərf etmir. Zelenskini də inandırmağa çalışırlar ki, ABŞ prezidenti Donald Tramp etibarlı deyil və Avropanın dəstəyi yanındadır. Ukrayna müharibəni davam etdirsə yaxşıdır. Beləliklə, Ukrayna döyüşür, Avropa daha rahat yaşayır. Bəs o zaman sual yaranır ki, Rusiya istəyinə nail olacaqmı?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Avqust 2026 11:57
“Heç də gizli saxlanılmayan səfərin rəsmi məqsədi açıqlanmasa da...”
26 Avqust 2026 11:03
Prezident "Sabah"ı təbrik edib
26 Avqust 2026 08:55
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
25 Avqust 2026 22:00
Putin Mehriban Əliyevanı təbrik etdi
25 Avqust 2026 19:06
Azərbaycan və Ermənistan xalqları ən yaxşı sülhməramlılardır - Paşinyan
25 Avqust 2026 16:50
Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
25 Avqust 2026 16:40
Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM
25 Avqust 2026 16:19


Bakı -°C

