adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Avqust 2019 12:10
47685
ƏDƏBİYYAT

Qurban Bayramov: Söz hikmətindən, ana sevqisindən doğan nəğmələrə...

I məqalə

Neçə illərdir müasir qadın şairlərimizsırasında dəyərli, yaddaqalan imzalardan biri olan Mahirə Nağıqızı imzasını mətbuatdanardıcıl izləyirəm. Xeyli illər bundan qabaq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyatİnstitutunda ilin ədəbi yekunları sesiyalarında poeziyadan etdiyim məruzələrdədə adını çəkmişdim, yaradıcılığının perspektivini qiymətləndirmişdim...

Nəsimiadına Dilçilik İnstitutunun Müdafiə Şurasındakı müdafiəsini xatırlayıram...Dilçi alimlərdən Qəzənfər Kazımova, İsmayıl Məmmədova həsr etdiyi məqalələrioxumuşam. Bir dilçi alim kimi bədii üslubiyyata, poetikaya meyilli tədqiqatlarıilə maraqlanmışam... Bir həmkarımın(Çapar Kazımovun) mənə verdiyi "Ruhuna beşiksə, tanı, vətəndir...” (Bakı, 2017,328 səh.) şeirlər toplusunu oxuyandan sonra ona olan marağım daha da artdı vəşeir yaradıcılığı haqqında müəyyən tədqiqat apararaq "poeportret ” janrında düşüncələrimi ədəbiictimaiyyət və oxucularımla bölüşmək istəyinə düşdüm...

Bu məqaləni yazmağıma ikinci bir səbəb dəoldu ki, mən özüm də, 60-cı illərdə indiki ADPU-nun tarix-fililogiya fakültəsindəoxumuşam və buradakı elmi-ədəbi mühitlə doğmalığım var, əlaqələr bu gün dədavam edir... Və bıləndə ki, professor HəsənMirzəyev (Həsən Mirzə) Mahirə xanım Nağıqızının doğma dayısıdır və mənim ənsevimli müəllimlərimdən olub, həmçinin o kişi, həmin institutda (V.İ.Leninadına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) dərs deyən görkəmlipsixoloq, professor, Əməkdar Elm Xadimi, əmim Əkbər Bayramovla yaxın dost idilər...Bu dostluq sonralar onların əqidə və məslək birliyinə çevrildi, hər ikisi məşhursiyasi qurum olan Yeni Azərbaycan Partiyasının qurucularından – 91-lərdən, ilkHeydərçilərdən oldular...

Onların hər ikisi elmi və ictimai həyatda böyüknüfuza malik idilər və buna görə də onların sözü ictimai rəyə ciddi təsiredirdi. Xalqın, millətin taleinin həlli məqamında, o, çətin dövrdə xalqı və dövlətixilas edə biləcək yeganə siyasətçinin məhz ümummilli lider Heydər Əliyevolduğunu dərk edərək bu böyük şəxsiyyətin hakimiyyətə gəlməsinə çağırış edən"91”lərin ilklərindən oldular. Baxmayaraqki, buna görə təzyiqlərə, təhdidlərə, lüzumsuz tənqidlərə məruz qaldılar, ammahaqq yolundan çəkilmədilər...

Bu, indi hamıya sadə görünə bilər. Ammadövrün, zamanın sərt olayları, ziddiyyətləri o vaxt belə bir addımı atmağa böyükcəsarət tələb edirdi. Bax belə, çəkinmədən, qorxmadan, əsl ziyalı kimi HəsənMirzəyev və Əkbər Bayramov digər məsləkdaşları ilə xalqı ilə, xalqın xilaskarıilə bir yerdə oldular...

Və görəndə ki, Mahirə Nağıqızının "Ruhunabeşiksə, tanı, vətəndir...” (2017, 328 səh.) şeirlər toplusu belə bir kişiyə(kişilərə) ithaf olunub marağım birə on qat artdı...

Bir şeyi də xatırladım ki, Mahirə xanımNağıqızı hələ tələbəlik illərində - indiki ADPU-nun filologiya fakültəsindəoxuyarkən (80-84-cü illərdə) onun şeirləri həm institutun sahə qəzetində, həmdədövri mətbuatda çap olunur, xalq üslubunda yazdığı şeirləri elə o vaxtlardan rəğbətləqarşılanırdı.

Onun bu poetik yaradıcılıq uğurları elmiyaradıcılığı ilə müvazi inkişaf etməyə başladı. Neçə-neçə dərs vəsaitlərinin,15 monoqrafiyanın, 200-dən çox elmi məqlənin müəllifi olan Mahirə HüseynovaNağıqızının bir sıra məqalələri xarici ölkələrin elmi mətbuatında – ABŞ,Çexiya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Tatarıstan və digər xarici ölkələrdəçap olunub, onun kitabları haqqında respublika mətbuatında – qəzet vəjurnallarda onun yaradıcılığını təqdirediciməqalələr dərc edilibdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olanMahirə Nağıqızının 12 şeir kitabı oxucularna ərməğandır. İlk şeirlər kitabı "Mənimanam” (2006), hələlik axırıncı şeirlər kitabı isə "Ruhuma beşiksə, tanı, vətəndir”(2017) toplusudur. Hətta bu kitabı tənqidçilər şairin seçilmiş əsəri hesabedirlər... Dediyim kimi, kitab AzərbaycanRespublikasının Əməkdar Elm Xadimi, professor, məşhur dilçi-alim, ictimaixadim, ardıcıl Heydərçi, Respublikamızda hakim partiya olan YAP-ın ilkqurucularından biri olan mərhum Həsən Mirzəyevin xatirəsinə həsr olunmuşdur.Mahirənin "Həsən Mirzə yaşayır” şeirində oxuyuruq:

...Bu aylarıonsuz gördük deyilməz,

Üzbəüzdə HəsənMirzə yaşayır.

O nə sirdir, nəhikmətdir, bilinməz,

Yüzə-yüzdə HəsənMirzə yaşayır.

...Gedib çıxıbharalara sədası,

Azərbaycan –ora, bura obası.

Cild-cildkitablarda yuvası,

Qalıb sözdə HəsənMirzə yaşayır.

Bəri başdan qeyd edim ki, Mahirə Nağıqızının şeiryaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onunyaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində,ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqıntaleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi iləqoyulur. Dediyimiz kimi, müstəqilliyimiz uğrunda ilk mübarizəyə qoşulanlar cərgəsindəduran, azadlıq və müstəqillik yolunu – Heydərçilik yolunu dürüst müəyyənləşdirərəkilk Heydərçi mücahidlərdən olan Həsən Mirzəyevə həsr etdyi bu şeirlər təkcə birnəfərin fərdi ictimai cəhətlərini deyi, ümumilikdə ictimai-siysi həyatda nüfuzsahibi olan, lazım gəldikdə xalqın, dövlətin müstəqilliyi uğrunda həyati vacibməsələlər mövqeyindən çıxış etməyi, cəmiyyətin hisslərini, düşüncələrini, arzularını, istəklərini vaxtında,dürüst müəyyənləşdirməyi bacaran – indiki halda keçən əsrin 90-cı illərində"Doxsan birlər” adlanan ziyalılar qrupunun, zialılar zümrəsinin ümumi obrazını xarakterizə eləyir...

Deyirlər ki, böyük ideyalarla yaşamayan,böyük olaylara həsr olunmayan həyat məzmunlu ola bilməz. Böyük adamlarböyük–böyük danışanlar deyil, böyük idealın daşıyıcıları olanlardır. MahirəNağıqızı da Həsən Mirzəni müasir ziyalılar zümrəsinin böyük ideallarındaşıyıcısı, ən ümdəsi "xalq adamı”, "el adamı” kimi təqdim edir və bununla damüasir gəncliyə belə şəxsiyyətləri nümunə göstərir.

Eloğluydu, el adamı- dedilər,

Təkqoymayıb bir adamı- dedilər.

Ata,qardaş, əmi, dayı- dedilər,

Dağda,düzdə Həsən Mirzə yaşayır

…Tanıyanlar bilərdilər o ərdi,

Yığnaqlıydı,çörək qədri bilərdi.

"Dilqəmi”ynənhuş götürüb gedərdi,

Tellisazda Həsən Mirzə yaşayır.

Və yaxud:

Həsən Mirzə bir olmadın, pir oldun
Harda oldun,öndə oldun, bir oldun
El- obayasığınacaq yer oldun
Yola çıxdınyeni yolun mübarək

Ömür sürdü, ömür yazdı xoş ada,
Fərq qoymadı,nə doğmaya, nə yada.
Çox oğullar doğulacaq dünyada,
Arasında Həsən Mirzə doğulmaz.

Əslində, Mahirə Nağıqızı böyük alim, şair, ictimaixadim, professor, el adamı Həsən Mirzəninistər elm sahəsində, istərsə də poeziya aləmində, istərsə də həyatda ləyaqətli varisi və "Dünya” şeirində - özüdemiş, mənəvi övladıdır, ona "dünyanı öyrədən” dünyasıdır:

Harada zilindi, harada bəmin,
Tutmadım, yolların qəribə sənin.
Mahirə - övladı Həsən Mirzənin,
O mənə dünyanı öyrətdi, dünya!

Və yaxud:

Dərdim, birin görünür,
Baxdım, dərin görünür.
Həsən Mirzə, haray ver,
Elə yerin görünür!

Və digər birşeirində isə Həsən Mirzə yolunun müsafiri olmağı ilə fəxr edərək yazır:

İnandım qəlbimə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım, nə dayanırsan?

Və Həsən Mirzənin müəyyənləşdirdiyi hədəfə doğruaddımlayan Mahairə Nağıqızının ömüryolundan

Related image

Haşiyə:

Hüseynova Mahirə Nağıqızı 1960-cıil ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babəkrayonunun) Sust kəndində anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik ortaməktəbində oxumuş, sonra – 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adınaNovxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına AzərbaycanPedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur.Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən tədbirlərdəiştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cüildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcəAbşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəriN.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir.Bu illərdə Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi”adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə "İlinnümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplomalmışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir."Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasınımüdafiə etmiş (2012), 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dilikafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən "XIX-XX əsr Qərbi Azərbaycanaşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəzmahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, 2017-ci ildə müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsinialmış, professordur, hazırda elmi və bədii yaradıcılığını, pedaqoji-təşkilatçılıq fəaliyyətini ADPU-nun filologiya fakültəsinindekanı kimi uğurla dvam etdirir...

XXX XXXXXX

Maraqlı cəhətlərdən biri budur ki, Mahirə müəlliməbir dilçi-alim kimi şeirin poetikasınıntədqiqatçısı olduğundan və poeziyanın ədəbi dil normalarını kamilbildiyindən bütün bunları bədii yaradıcılığına yansıda bilir. Məsələn, onun "Azərbaycan poeziyasında "dağ" obrazı”(Bakı : Vətən nəşriyyatı, 2013. - 195 s); "Müasir Azərbaycan dili: aşıq və elşairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair : Dərələyəzmahalı üzrə” ( metodik vəsait , - Bakı : Vətən nəşriyyatı, 2015. - 52 s.);"XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastikvahidlərin linqvopoetikası : Dərələyəz mahalı üzrə” (Bakı: ADPU nəşriyyatı, 2015. - 204 s. ; "Aşıqvə el şairlərinin üslubi sintaksisi : Dərələyəz mahalı üzrə”, (AzərbaycanDövlət Pedaqoji Universiteti. - Bakı : Afpoliqraf, 2017. - 128 s.); "Aşıq və elşairlərinin üslubi frazeologiyası : Dərələyəz mahalı üzrə ", (Azərbaycan DövlətPedaqoji Universiteti. - Bakı : Afpoliqraf, 2017. - 112 s.) kitablarınınmövzuları və problematika istiqamətləri də bunu aydın bir şəkildə göstərir.

Mahirəninpoeziyasına elmi-nəzəri prizmadan yanaşsaq, görərik ki, onun şeiryaradıcılığı poeziyamızın yaşarı ənənələrinəsıx bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikasnöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, onun poetik yaradıcılığı, demək olar ki,əksər şeirləri el ədəbiyyatının, aşıq yaradıcılığının üslub bulağından süzülübgəlir... Onun şeirlərinin linqivopoetikası, poetik sintaksisi, üslubifrazeologiyası, onomastik vahidləri bənzərsiz bir şəkildə, yaradıcılıqaxtarışlarına uyar bir şəkildə aşkarlandığından cəlbedici olur, lirizmi,müsiqililiyi ilə seçilir, fərqlənir...

II məqalə

Şairin indiyədək nəşr etdirdiyi kitablarında həyat, dünya, ömür-gün,dövrün ictimai-mədəni, mənəvi-əxlaqi mənzərəsi, qayğılarımız və problemlərimiz,Qarabağ müharibəsi, şəhidlik mövzusu, dünyada və Azərbaycanda gedən proseslərəfərdi baxış rakursu daha çox özünü büruzə verməkdədir. Mahirənin şeirləri boz axından –nəzmkarlıqdan, şeirbazlıqdan, qrafomançılıqdan qütblərarası bir məsafədədir.Onun yaradıcılığının spesifik konturları mövcuddur.

Mahirə Nağıqızı imzası müasir ədəbiyyat aləmində -- Azərbaycan mədəni-ədəbiictimaiyyəti, fikir adamları, ədəbiyyatşünas və tənqidçilər, dost-tanışlararasında

etiraf olunan imzalardandır vəözünəməxsus, daim impuls verən poetik enerjiyə malikdir, məsələn, bu bayatılardakıkimi:

Ağam gəl, ay ağam gəl,

Digər Xəbərlər