27 May 2025 09:00
536
ƏDƏBİYYAT

TARİXİ ŞƏXSİYYƏT YOXSA TARİX YARADAN ŞƏXSİYYƏT?! 

Məmməd Əmin Rəsulzadənin etik və estetik görüşlərinə qısa nəzər

Bu məqalə Azərbaycan xalqının görkəmli ictimai-siyasi və dövlət xadimi M.Ə. Rəsulzadənin anadan olmasının 138-ci il dönümünə həsr edilmişdir. 

Azərbaycan milli istiqlal hərəkatının ideoloqu və lideri, ancaq türk ellərində deyil, bütün islam aləmində ilk demokratik üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın olumsuz lideri Azərbaycan xalqının sosial – siyasi və fəlsəfi fikir tarixində görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, mütəfəkkir, publisist və ədib, örnək şəxsiyyət, və vətəndaş olan Məmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31 - də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olmasına baxmayaraq həyata acıq gözlə baxmış və dövrün reallıqlarını dərk edən bir insan olmuşdur. O, öz oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənin müdir olduğu ikinci Rus – müsəlman məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M. Ə. Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirmişdir.

Onun inqilabi fəaliyyətinin ilk illərin də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə 17 yaşında olan M. Ə. Rəsulzadə müsəlman gənclik təşkilatını yaratmışdır. Bu XX əsirdə  Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra Müsəlman Demokratik Müsavat Cəmiyyəti adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış inqilaba istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə. Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, Müxəmməs adlı şeri də ilk olaraq Şərqi Rus qəzetində 1903-cü ildə Tiflisdə çap olunub. Qeyd edək ki, M. Ə. Rəsulzadə irsinə və XX əsirin əvvəllərində baş verən bir çox mühüm sosial-siyasi hadisələrin təhlilinə hələ də lazımi qiymət verilməyib. M. Ə. Rəsulzadənin elmi - fəlsəfi irsi çox az araşdırılmış, tədqiqatlarda onun yalnız siyasi fəaliyyəti ön plana çəkilmişdir. Nəticədə M. Ə. Rəsulzadənin yaşadığı dövr həmin zaman kəsiyində baş verən sosial-siyasi , ideoloji hadisələrlə bağlı ziddiyyətli fikirlər səslənməkdədir. Bu baxımdan M. Ə. Rəsulzadə şəxsiyyətini lazımınca öyrənmək yalnız onun özü ilə bağlı fərqli fikirlərlə deyil, həmdə bütövlükdə o dövrün elmi siyasi hadisələrinə aydınlıq gətirmək deməkdir. Bütün araşdırılan problemlər içərisində isə AXC-nin qurulmasının ideoloji - nəzəri əsaslarının tədqiqi önəmli yer tutur. Cümhuriyyətin necə və hansı şəraitdə yaranmasını tədqiq etmək çox zəruridir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti – bütün şərq tarixində, müsəlman türk dünyasında ilk demokratik cümhuriyyət idi. 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik cümhuriyyəti dövlətçilik şüurumuzun uğurlu nəticəsi və mövcud demokratik, müstəqil və suveren dövlətimizin əsas təməl prinsiplərindəndir. Dövlətimizin başlıca pirinsiplərini , mahiyyəti və dovlət atrubutlarının hansı dəyərlərin rəmzi gostəricisi olduğunu oyrənmək ucun Azərbaycan Xalq Cümhuriyyəti ən dəyərli örnəklərimizdəndir. Cumhuriyyətin idealoqları sırasında M. Ə. Rəsulzadə ayrıca və başlıca yer tutur. Rəsulzadə irsini oyrənmək , cumhuriyyətin qurulmasının elmi nəzəri əaslarını da uzə cıxartmaq deməkdir . Azərbaycan Xalq Cümhuriyyətinin faliyyətinin elmi fəlsəfi əsaslarını əsasən M. Ə. Rəsulzadə işləyib hazırlamışdır .

Bu vaxta qədər onun sosial fəlsəfi , ictimai siyasi goruşləri ilə bağlı cox az sayda elmi araşdırılma aparılıb ki, bu da sistemli tam şəkildə olmamışdır. Azərbaycanın sabiq prezidenti Umummili lider H.Əliyev M.Ə Rəsulzadənin xalqımızın ictimai- siyasi və fəlsəfi fikir tarixində yerini musbət qiymətləndirərək demişdir: «1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan tarixində boyuk ictimai-siyasi hadisədir.Belə bir demokratik dovlətin movcud olması və muəyyən qədər fəaliyyət gostərməsi Azərbaycanın sonrakı dovrlərinə təsir edibdir.Duzdur, bu Respublika cəmi 23 ay fəaliyət gostərdi,sonra isə təslim oldu.Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bu gunku nəslə,gələcək nəsillərə duzgun catdırılmalıyıq.Təəssuf ki,əvvəlki dovrlərə aid tariximizdə cox faktlar təhrif olunubdur,indi də təhrif olunur.Tarixcilərimizin borcudur ki,bu qusurları aradan gotursunlər.Ancaq biz deməliyik ki,Demokratik Respublika ,onun liderləri M. Ə. Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, M.Hacınıski və başqaları cox boyuk işlər gorublər .Onlar Azərbaycanı mustəqil dovlət kimi dunyanın bir qisminə tanıtdılar,bir sıra tədbirlər gordulər.Mən yenə deyirəm M. Ə. Rəsulzadə və başqaları Azərbaycan Respublikasının boyuk şəxsiyyətləri, XX əsrin əvvəlində və xususən 1918 –ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qurarkən boyuk sucaət gostərmişlər, boyuk iş gormuşlər və bu şəksiz-şubhəsizdir» M. Ə. Rəsulzadə yaşının ilk dovrlərindən axtarışda olub.Bu axtarış isə onun tutduğu yolu yalnız daha da gucləndirməli, əsaslandırmalı və donməz etməli idi.Bu yolu isə cox kecmədən məhz islamlaşmaq,turkləşmək və muasirləşmək dusturunda gorub.Azərbaycan Xalq Cümhuriyyətinin varlığı M. Ə. Rəsulzadənin həyatının və yaradıcılığının ən parlaq numunəsidir.Qeyd etdiyimiz kimi Rəsulzadənin ədəbi-siyasi irsi məlum səbəblər uzundən araşdırılmayıb.Təkcə 1903-dən 1920-ci illərdə Azərbaycan dovru mətbuatda onun 1200-dən artıq muxtəlif janrlı yazısı,həmcinin nitq,cıxışı və s.dərc olunmuşdur. 

1903-1909-cu illərdə Şərqi - Rus,Hummət,Dəvət,İrşad,Təkamul,Yoldaş,Tərəqqi qəzetləri və Fuyuzat, Volna jurnallarında M. Ə. Rəsulzadənin 280-ə yaxın yazısı dərc edilmişdir. Məmməd Əminin ictimai-siyasi, sosial –fəlsəfi, etik və estetik goruşlərinin tədqiqini zəruri edən ən başlıca məsələ, bu boyuk insanın cağdaş Azərbaycan xalqının, millətinin, dovlətinin, onun mədəniyyətinin, ədəbiyyatının, ideologiyasının və s. təşəkkulundə və formalaşmasında misilsiz xidmətləri, fəaliyyəti və şurlu əməyidir. Rəsulzadənin 1903-cu ildən 1955-ci ilədək olan yaradıcılığına, sosial-siyasi, sosial fəlsəfi, dini, etik, estetik və s. goruşlərinə diqqətlə, qərəzsiz, obyektiv, əsl ziyalı kimi yanaşmalı, onun Fenomenal bir şəxsiyyət olduğu, həyatı boyu xidmət etdiyi, butun varlığını, ailəsini qurban verdiyi millətinə aydın şəkildə catdırılmalıdır. Əlbəttə, Rəsulzadə fəlsəfəsinin başlıca problemləri: varlıq, idrak, şuur, dialektika və s.ilə məşğul olmamış və bu sahələrə aid xususi bir əsər yazmamışdır. Lakin onun butun elmi-fəlsəfi, ictimai –siyasi yaradıcılığı ilə tanış olduqda gorə bilərik ki, o, boyuk bir mutəfəkkirdir, filosofdur. Onun ictimai – siyasi goruşlərində və yaradıcılığındə sosializm və demokratiya ideaları, din problemi, sosial fəlsəfi, etik və estetik goruşləri əsas yer tutur. Onun etika və estetikaya aid fikirləri insan əxlaqi kefiyyətlərinə, onun daxili və xarici gozəlliklərinə, cəmiyyətin ədəbi - mədəni həyatına yonəldiyi ucun, hesab edirəm ki, fikirimizi bu məsələyə yonəltsək hec də pis olmaz. M.Ə. Rəsulzadə etikaya aid xeyir, şər, vicdan, humanizim, həyatın mənası, mənəvi zənginlik, ideallıq, namus, ləyaqət, borc, ədalət və s. dəyərləri, həmcinin estetikanın başlıca kateqoriyaları gozəllik, ulvuluk , facəvlik və komiklik kimi keyfiyyətləri insana, cəmiyyətə aid məsələlər kimi irəli surur.

O, insanları həmişə gozəl, yaraşıqlı, ağılı, zəkalı, tərbiyəli, butun hərəkətlərini olcub bicməyi bacaran, oz davranışı, və səliqə səhmanı, danışığı, mehribanlığı, səmimiliyi ilə hamıya xoş təsir bağışlayan bir varlıq kimi gormək istəmişdir. Mutəffəkir əxlaqi-estetik fikirlərini daha cox Azərbaycan cəmiyyəti ilə bağlayır və yaxud onunla əlaqələndirməyə calışırdı. O,xususilə ədəbiyyatımız, mədəniyyətimiz, adət-ənənələrmizlə bağlı fikirlərində daha cox etik və estetik problemlərə toxunmuşdur.M.Ə. Rəsulzadənin etik və estetik goruşləri ilə yaxından tanış olduqda,demək olar ki, mutəfəkkir həm ədəbiyyata, həmdə şeirdə milli-azadlıq movzusunun əsasını qoyub. O, cəmiyyətdə azad muhitin olmasını hər şeydən vacib sayırdı.Onun fikirincə, insanın azadlığı hər şeydən ustundur.İnsanın,vətəndaşın həm xalq,həm də bəşəriyyət qarşısında daşıdığı vəzifələri yaradıcılığında ana xətt kimi goturmuşdur.Xususilə insan,onun əxlaqı, azadlıq, şər və xeyir quvvələrin və s. kimi məsələlər Rəsulzadəni daha cox cəlb etmişdir.Qeyd edir ki, insan ən yuksək dəyərlərə malik şuurlu bir canlıdır.Onun fikirincə insan oz gucunə, quvvəsinə inanarsa,cox şeyə nail ola bilər.İnsanın azadlığını on planda tutaraq qeyd edir ki,insan azad olduqda, xalqda yaxşı olur. Mutəfəkkir insanların qəlbində işığın ədalətin daha guclu olmasına inanırdı. Xeyirin, ədalətin qalib gəlməsinə numunə kimi qədim Azərbaycan filosofu Zərduştun fəlsəfəsini gostərirdi. İnsanın etik-əxlaqi məsələlərə əməl etməsinə Rəsulzadə, islam əxlaqının onəmliyini qeyd edir və buna yuksək dəyər verirdi.

Bunu gənclik dovrun də yazdığı,«Cin musəlmanları» məqaləsində aydın şəkildə gostərmişdir. Rəsulzadə bunu yazmaqla, dovrundə tənqid edilən islam əxlaqının əslində mahiyətcə, gozəl, nurlu, hikmətli olduğunu gostərmək istəmişdir. Rəsulzadə insanın zəhmətlə,əməksevərliklə, biliklə, ağılla ucaldığını gorur və bunuda boyuk əxlaqi dəyər kimi təbliğ edirdi.O,azad və əxlaqlı yaşamağın pirinsiplərinidə sadalayaraq deyir ki:«Dunyada yaşaya bilmək,xoşbəxt və məsud yaşaya bilmək ucun boyuk bir bəsirət (gozuacıqlıq) lazımdır». M. Ə. Rəsulzadə milli əxlaqımızın cirkabdan təmizlənməsi ucun ilk nobədə ruhumuzun təmizlənməsini vacib sayırdı. O, qeyd edir ki, millət olaraq oz kimliyimizi tanımalı, xəstə ruhumuzu mualicə etməli və hər şeydən əvvəl Özümüzü oyrənməli, ozumuz nə, mahiyyətimiz nə olduğunu bilməliyik. Mutəfəkkir Özümüzün ozumuzə olan mənfi munasibətin aradan qaldırılmasını vacib sayırdı. M. Ə. Rəsulzadə milli mədəniyyətdən tamamilə kənar cıxıb muasirləşmək ilə avropalaşmağın da əleyhinədir. Onun fikirincə, bir millətin hansısa millətin surətinə cevrilmək isdəyi duzgun deyil. Qeyd edirdi ki, qərbə bənzəmək, sənət ilə və musiqimizdə avropalıları kor-korənə təqlit etmək, sonda avropalılar icində tamamilə yox olmaq deməkdir.

O, avropalılardan elmi, texniki nailiyyətləri goturməyi bəyənir, amma məni və ruhun qalmağının tərəfdarı idi. Rəsulzadə insanların adət-ənənələrində, əxlaqi dəyərlərində milli, dini bayramların yerini də duzgun muyyənləşdirirdi. O, hər bir millətin ədəbiyyatında, incəsənətində muhum yer tutan mərasimlərə, bayramlara xususi diqət yetirirdi. Onun Novruz bayramı ilə bağlı fikirləri cox maraqlıdır.«Novruz munasibətilə» məqaləsində milli mədəniyyətdəki bəzi catışmazlıqlara baxmayaraq, bundan irəliyə doğru addımlar atıldığın da gostərirdi. İnsan, cəmiyyət, ədalət, humanizm, vicdan, borc və s. etik problemlər Rəsulzadənin butun yaradıcılığı boyu diqqət mərkəzində olmuşdur. Boyuk mutəfəkkir yazırdı ki, insanlara o, elmlər, ədəbiyyat və s. oyrədilməlidir ki, onun insanlara, cəmiyyətə faydası olsun. M. Ə. Rəsulzadə hər milətin taleyində ədəbiyyatın muhum rol oynadığını gostərir və qeyd edirdi ki, ədəbiyyat millətin tərəqqisinə xidmət etməlidir.Ona gorə, ədəbiyyat millətin daxili dunyasının bir tərəfidir və millətin əxlaqi inkişafının bir numunəsidir. «Tənqidə ehtiyac var » məqaləsində ədəbiyyatla bağlı fikirlərini davam etdirərək yazırdı:«Bilirsiniz ki, hər millətin ədəbiyyatı hissiyat (sentimentalizm ) ilə başlamışdır. Hər hankı bir ədəbiyyat tarixinə baxsanız, orada əvəlcə gələn ədiblərin əsərlərində yer uzundə qabil tətbiq olunan fikirlər və yol gostərmələrdən ziyadə hissiyata həyacanverici nalələr, fəryadlar, dəvətlər və nidalar gorərsiniz.

Bunun məntiqi də var. Cunki yatmışlara xitab ediyorsunuz. Hissiyat dovrəsində bir dərəcəyədək hər kəs məzurdu. Nə kimi bir lisan və bilikli olsa, məqsəd yatmışı oyatmaqdır. Yatmışı oyandırdıqdan sonra məsələ tamamilə dəyişiyor. Indi artıq yuxudan gec qalxıb da ozunu kərvandan geridə və məhləkədə gorən adama yol gostərmək, qabaqda gedənlərə nə surətlə catmaq mumkun olduğunu bildirmək dovrəsi gəlir ki, bu dovrəyə realizm dovrəsi deyiliyor. Biz Azərbaycan musəlmanlarının həyatı dəxi indi həqiqi bir dovrəyə giriyor. Tərəqqi və intəha hənuz hissiyat dovrəsindən cıxmaq uzrədir. Artq layla calan ədəbiyyatdan qorxu qalmamış. Fəqət yuxu qacıran ədəbiyyat da dəngəsər etmək uzrədir. Layla calan ədəbiyyatı oldurmək yolunda əda etmiş olduğu xidməti dərəcəsində şayani – təhsin olan hissiyat ədəbiyyatı gozləri acmaqda olan adamları duz yol ilə aparıb sərmənzilə cıxarmaq ucun kafi deyildir. Bunun ucun ədəbiyyatı – həqiqiyyə lazımdır. Bunun misalı isə bizdə kamali – cəsarətlə deyə bilərəm ki, hənuz yoxdur. Fəqət gəlməyəcək deyildir. » Buradan aydın gormək olar ki, Rəsulzadə ədəbiyyat məsələsini daim diqqət mərkəzində saxlayırdı. Qeyd etməliyik ki, Rəsulzadə qadın, qadın geyimi, qadının, ananın ailədə yeri, qadının tərbiəsi, qadının əxlaqı və s. məsələlərə də biganə qalmayıb. Onun fikirincə millətlər ailələrdən təşəkkul edər və sağlam olmayan ailələrdən təşəkkul edən millətə cevrilə bilməz.

Ailə əgər sağlam bir anaya sahib olmasa sağlamlaşmaq ehtimalından cox uzaqdır. Bu baxımdan Rəsulzadə qadınların təhsil almasını hər şeydən vacib sayırdı. Ona gorə yalnız təhsillə qadınlar oz haqlarını başa duşər və bunun ardınca, ovladlarına da normal tərbiyə verə bilər. Onun fikrincə, qadınları elimdən məhrum etmək, əslində milləti kor qoymaq kimi bir şeydir. Boyuk mutəfəkkir fikirlərində de yirdi: «Bu gun bnizim ucun ipdidai unas məktəbləri ilə muslumə muəllimlərin əhimyyəti hər şeydən ziyadədir buda doğrudur. Fəqət təhsili ali gormuş muslumlərin vucudu hələ huquqşunaslıq kimi qrvadlar ucun bitr mustəsna, bir rutbeyi – elmiyyeyi ihrar etmək xususu da faydadan xali deyildir. Bu bizim arvadların bulunduqlarıdır ki, bəsitdən qurtarmamalarına dəlildir. Geridə bir unsurdən dunya musabiqəsində mənzilə yetişənlər olursa, bu, mərkur unsurun də mutəhərrik olduğuna əlbəttə bir dəlil təşkil edər».Rəsulzadə estetik goruşlərində qadınların geyim məsələsinə də toxunurdu. «Turkiyədə qadınlar » məqaləsində Osmanlı dovlətində yaşayan turk qadınlarının geyimlərini ozunəməxsuz estetik zovqlə qiymətləndirdi qadın geyiminə munasibətində deyirdi ki, turk qadınları butun musəlman qadınlarına numunə ola bilər. İstanbulun coğrafi movqeyini, şərqlə qərb mədəniyyəti arasında korpu rolu oynadığını bildirir və buradakı qadınların geyimlərini əsil avropa geyimləri olduğunu, yalnız cadıranın artıq olduğunu vurğulayırdı.

Lakin, mutəfəkkir hesab edirdi ki, carşabın ozundə də bir gozəllik var. Rəsulzadə, dovrundə nəşr olunan bədii ədəbiyyatla yanaşı, teatrlarda numaiş etdirilən dram əsərlərini, operaları, tamaşaları da mahir bir ədəbiyyatşunas, teatrşunas kimi təhlil və tənqid edirdi. O, Uzeyir Haci bəyovun operalarını cox mutərəqqi bir hadisə kimi vurğulayır və buna qəlbən, ruhən sevdiyini soyləyirdi. Lakin opera və tamaşalarda olan qusurları da qeyd edirdi. Onun ədəbiyyat numunələrini tamaşaları, operaları mahiranə şəkildə tənqidi fikirləri və yazıları subut edir ki, Rəsulzadə hərtərəfli bir mutəfəkkirdir. Onun etik və estetik baxışları formaca milli, məzmunca isə bəşəridir. Bu fikri təsadufən qeyd etmirik M. Ə. Rəsulzadənin butun ictimai-siyasi yaradıcılığı buna əsas verir. M. Ə. Rəsulzadənin əxlaqi şuuru nə qədər millidirsə, bir o qədər də bəşəridir. Bunu, mutəfəkkirin estetik baxışlarına da aid etmək olar. M. Ə. Rəsulzadənin irsinin milli və bəşəri xarakter daşıması təsadufi deyil. Bu baxımdan M. Ə. Rəsulzadənin etik və estetik baxışları onun elmi yaradıcılığında da cox muhum yer tutur. Onun milli dəyərlər əsasında Avropa, Amerka cəmiyyətinin mənsub olduğu dəyərlərə də sahib olmağın mumkunluyu haqqındakı fikirləri də maraqlıdır. Ancaq milli etik estetik dəyərlərə soykənmədən avropalaşmaq, qərbləşmək doğru olmazdı. Bunu oz dovrundə yaxşı gorən Rəsulzadə xususilə qeyd etmişdir ki, bəşəri dəyərləri milli dəyərlərlə uzlaşdıran zaman sonuncunu tamamilə unutmaq, sıradan cıxarmaq yalnış bir addım olar. Aərbaycan xalqının butun turk dunyasının boyuk mutəfəkkiri, gorkəmli dovlət xadimi M. Ə. Rəsulzadənin ictimai – siyasi elmi – fəlsəfi yaradıcılığını umumiləşdirəndə indi sadalayacağımız nəticələrə gəlmək olar.

M. Ə. Rəsulzadəni ilk nobədə sosial- demokrat kimi goruruk. əvvəlcə millətin azadlığını yalnız sosial-demokratianın butun dunyada qələbəsi ilə bağlayan, sonralar sosializmə milli idealoji xəttdən daha cox sosial bərabərlik, insan haqları baxımından onəm verən M. Ə. Rəsulzadə başqa sosial demokratlardan fərqli olaraq cəmiyyətdəki bərabərsizliyin aradan qaldırılmasınin əsaslarını yalnız sinifi mubarizədə gorməyib. Sosial – demokrat ideyasını o, mucərrəd gələcəkdən daha cox real bir cəmiyyətin pirinsiplərinə cevirməyə calışıb. Ilk dovrlərdə sosial-demokrat idealarını beynəlmiləl hədəfə cevirən Rəsulzadə cox kecmir ki, onu milli idealogianın bir hissəsinə aid edir.Onun bir mənalı şəkildə qəbul etmədiyi sosializm isə, bolşeviklerin „sosialist„ ideyaları və marksizmin radikal muddaları olubdur.Rəsulzadə həm də marifci və publisist bir şəxsiyyət olmuşdur.Bu onun butun yaradıcılığı boyu, fasiləsiz şəkildə ozunu biruzə vermişdir. Gənc yaşlarında yazdığı ilk məqaləsində xalqının mariflənməsinə son dərəcə həssas diqqət gostərən M.Ə.Rəsulzadə soydaşlarının məktəblərə cəlb olunmasında, muəllimsizlik probleminin aradan qaldırılmasında birbaşa və ya dolayısı şəkildə iştirak etmiş və ozunun əvəzsiz tohvələrini vermişdir.

Elm, maarif və təhsillə bağlı sahələrdə onun gorduyu işləri sadalamaqla qurtarmaz. Boyuk mutəfəkkir sahibkarların xeyriyyə işlərinə, daha konkret desək,məktəblərin tikilməsi,şagird və tələbələrin Azərbaycanda və Azərbaycandan kənarda təhsil alması, opera və tamşaların oynanılması və başqa sahələrə cəlb olunmasında mustəsna rol oynamışdır.Azərbaycan Xalq  Cümhuriyyəti dovrundə elm, təhsil, mətbuat və maarifləndirilmə işi ilə bağlı parlametdə qəbul olunmuş qanunlarda Rəsulzadə, lideri olduğu Musavat partiyasının numayəndələri ilə birlikdə fədakarlıqlar gostərmiş. 1919-cu ildə Bakı Dovlət Univeristetinin ilk rektoru olmuş professor V.İ. Razumovuski 1922-cu ildə cap etdirdiyi «Bakı şəhərində Univeristetin əsasının qoyulması » adlı xatirə ocerikində yazmışdır: M.Ə.Rəsulzadənin sayəsində, onun gucu, maarifcilik koməyi ilə Musavat partiyasının Univeristetin acıq və gizli duşmənləri, partiyanın qərarına tabe olmağa məcbur olmuşdur...M. Ə. Rəsulzadə eyni zamanda Universitetdə « osmanlı ədəbiyyatı tarixindən » dərs demişdir. Onun redaktoru olduğu mətbu orqanlar olan Təkamul, İrani-no, Tərəqqi, Acıq soz , Odlu Yurd qəzetlərində yazdığı yuzlərlə məqaləsi yeni Azərbaycan nəslinin yetişməsinə muhum təkan vermişdir. Bu gun də həmin məqalələr elmi-fəlsəfi, ictimai-siyasi, dini, estetik və s. şəhərlərdə oz aktuallığını qoruyub saxlamaqda, yeni nəsil ucun muhum əhəmiyyət kəsb etməkdədir.

M.Ə.Rəsulzadə yaradıcılığında ən cox diqqəti cəkən məsələlərdən biri də,erməni vəhşiliyinin ifşası olmuşdur. Bolşevik, şovinist Ruslarla erməni daşınaklarının, terrorcularının iş birliyini vaxtında anlayan və onların ic uzunu hələ otən əsirin əvvələrində acmağa başlayan Rəsulzadə, butun yaradıcılığı boyu bu məsələyə ardıcıl olaraq toxunmuşdur. Eyni zamanda Rəsulzadə ermənilərin yalnız Azərbaycan turklərinə deyil, Turkuyə turklərinə, butvlukdə isə turk dunyasına qarşı apardıqları terrorcu , barbar siyasəti bir cox məqalələrdə qələmə almışdır.O, ermənilərin otən əsirin əvvəllərində və Azərbaycan Xalq Cümhuriyyətinin suqutundan sonra Azərbaycan turklərinə qarşı etdikləri soyqırımları konkret faktlarla subut etmişdir. Rəsulzadə Sovetlər Birliyinin əsl simasının acılmasında da boyuk rol oynamışdır.SSRİ-yə daxil olan xalqlara, o cumlədən Azərbaycan turklərinə qarşı həyata kecirilən işğalcı siyasəti vaxtında gorən Rəsulzadə, butun varlığı ilə buna qarşı cıxmış, dunya ictimayətinin diqqətini buna yonəltməyə calışmışdır. O, Stalin rejiminin mahiyyətini ifşa etməkdə cəkinməmiş,oz məqalələrində, sosial–siyasi fəaliyətində acıq şəkildə gostərmişdir. Sovetlər birliyinin əsas ideyologiyası olan borşevizim, sosiyalizm və kominizimin mahiyyətini bəşəriyyətə catdırmağa calışmışdı.

Rəsulzadə ozu isə, marksizmə soykənən sosial-demokrat ideyalarının yalnız sosial bərabərlik tərəfini qəbul edib.Azərbaycanda milli-siyasi partiyaların yaranmasında da Rəsulzadənin rolu danılmazdır.O, Azərbaycan tarixində ilk siyasi partiya olan،،Hummət„in qurucularından biri olmuşdu, həm də milli ideyolagiyanın daşyıcısı olan Musavvat partiyasının lideri və partiyanın orqanı «Acıq Soz» qəzetinin baş redaktoru olmuşdur.O, Azərbaycanda cox partiyalığının tərəfdarı və parlamentli olkənin ideya qurucusu olmuşdur.Onun bu ideyaları muasir dovurdədə movcud olan partiyaların əsas təməl pirinsiblərini təşkil edir. Rəsulzadə muasir Azərbaycan dovlətinin başlıca ideyalarını təşkil edən ideyologiyanın yaradıcısı və qurucusudur.Bu gun Azərbaycan dovlətinin əsas atruputlarından biri olan bayrağımızın simvolları: turkculuk, cağdaşlıq, islamcılıq və eyni zamanda aypara və səkkiz guşəli ulduz onun ideyalarının nəticəsidir. Rəsulzadənin yaradıcılığında turkculuyun cox boyuk fəlsəfi-siyasi anlamı var.Eyni zamanda Azərbaycan dovlət dilinin turk dili,yəni indiki Azərbaycan dili olması,milli bayrağın qəbul olunması,parlamentin,milli ordunun yaranması və s. məsələlər Azərbaycan Xalq Cümhuriyyəti  hakimiyyəti dovrundə qəbul olunmuş ən muhum qərarlardan yalnız bir necəsidir.

Şubhəsiz ki, Rəsulzadə bu işlərdə aparıcı rollardan birini oynamış,Azərbaycan Xalq Cumhuriyyətinin birmənali şəkildə lideri olmuşdur. M.Ə.Rəsulzadə 1917-1920-ci illərdə Azərbaycan cəmiyyətinin həm siyasiləşmiş,həm də siyasətdən uzaq olan təbəqələri tərəfindən gorkəmli siyasi və dovlət xadimi kimi qəbul edilmiş şəxsiyyətdir. O,bu dovrdə yeganə siyasi xadim,şəxsiyyət olub ki, sollar,sağlar və mərkəzci quvvələrin əksəryyəti onun cəmiyyətdəki movqeyini, nufuzunu,ondərliyini qəbul ediblər. Buna səbəb isə M.Ə.Rəsulzadənin turkculuyu,sosial-demokratiyanı, islamı və cağdaşlığı tam, butov şəkildə goturməsi olub.Elə buna gorə də Rəsulzadə,hamı tərəfindən qəbul edilən milli-demokrat ,siyasi lider,xalqın ondəri idi.Belə olmasaydı M.Ə.Rəsulzadənin bolşeviklər, sosialistlər,islamcılar, millətcilər və başqaları Azərbaycan Milli Şurasına sədr seçməzdilər .Məhz Azərbaycanın müstəqilliyini butun dünyaya bəyan edən də, M.Ə.Rəsulzadənin başзılıq etdiyi Milli Şura olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və onun fəaliyyətində M.Ə.Rəsulzadənin xüsusi yeri və əməyi olub.O, Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla xalqın ozunə olan inamını bir daha bərpa edib, Şərq,musəlman və turk dunyasında ilk demokratik cumhuriyyəti qurulmasının numunəsini gostərib.Demokratik cumhuriyyətin ideologiyasının nəzəri və praktik banilərinin başında ozu dayanıbdı. Rəsulzadə subut etdi ki, mustəqillik yalnız zorakılıq, inqlab yolu ilə deyil, irəli surulən siyasi-ideyoloji,elmi-fəlsəfi pirinsiblərin,aparılan duzgun siyasətin nəticəsində də əldə edilə bilər.

Qeyd edək ki, Rəsulzadə və onun silahdaşlarının cumhuriyyət ucun muəyyənləşdirdiyi daxili və xarici siyasət, bu gun movcud olan Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasi prinsiblərdən demək olar ki, fərqlənir.Bu gunku mustəqil Respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin birmənalı şəkildə varisidir,eyni zamanda bu varislik yalnız mənəvi deyil,həm də siyasi huquqi xarakter daşıyır. Rəsulzadənin dovlət, hakimiyyət, millət,din,dil və s. məsələlərlə bağlı fikirləri xususi əhəmiyyət kəsb edir.O,dovlət, dil, din,millət,miliyyət və s. anlayışlara muəyyən koteqorik təriflər vermiş, həmin təriflər oz aktuallığını bu gun də qoruyub saxlamaqdadır. Onun XX əsirdə gorduyu ən boyuk iş, Azərbaycanın dovlətcilik ənənələrini bərpa etməsi və ona yeni bir axar verməsidir. M.Ə.Rəsulzadə ozunun ictimai-siyasi və elimi və fəlsəfi goruşləri ilə tariximizdə muasir,huquqi və demokratik dovlətciliyimizin əsasını qoymuşdur. Rəsulzadə Azərbaycan turklərinin ictimai-siyasi, mənəvi həyyatında islam dinin rolunu cox yuksək qiymətləndirmiş,boyuk maharətlə dovlətlə dinin ayrı-ayrılıqda yerini və rolunu gostərə bilmişdir.O, Azərbaycan turklərinin dini fanatizimdən, xurafatdan uzaq olması ucun,islam dinin əsl mahiyyətini bilməyin vacibliyini irəli surmuşdur.

Rəsulzadə cənubi Azərbaycan turklərinin dozulməz həyatını, farslar tərəfindən assimilyasiyaya uğraması,butun huquq və azadlıqdan məhrum olunmasını ilk dəfə olaraq qələmə almış,bunun tarixi,fəlsəfi, siyasi,iqtisadi səbəblərini acıqlamışdır.O,həmcinin təkcə İran turklərinin deyil,butun İran xalqlarının həytında muhum rol oynayan demokratik mətbuatın banilərində biridir. Rəsulzadə 1910-cu ildə İranda muhacirətdə olan zaman bir qurup İran ziyalısı (Huseyinqulu xan Nəvvab,Suleyman Mirzə,Seyid Məhəmməd Rza,Seyid Həsən Tağızadə və başqaları) ilə İran Demokrat partiyasının əsasını qoymuş, partiyanın mərkəzi komirtəsinə secilmiş, partiyanın ideologiyasını isləmiş, partiyanın orqanı olan «İrane no və «İrane-Ahat» qəzetlərinin baş redaktoru olmuşdu.O, oz qələmi ilə İranda Avropa tipli jurnalistikanın əsasını qoymuşdur.Bu barədə sonralar, Azərbaycanlı olan Seyid Həsən Tağızadə yazırdı « Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur». Rəsulzadə butun yaradıcılığı boyu İran xalqlarının azadlıq idealarını mudafiə etmiş və butov Azərbaycan idealı uğrunda elmi-nəzəri və təcrubi addımlar atmışdır. O, istər Azərbaycan Xalq Cümhuriyyəti dovrundə, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin suqutundan sonra fəaliyyət göstərdiyi muhacirət illərində bir cox olkələrlə diplomatik munasibətlərin qurulmasında inanılmaz işlər gormuşdur. Onun Turkuyə dovlət rəsimləri ilə apardığı danışıqlar nəticəsində 1918-ci ildə Azərbaycan turklərinin Rus barşevikləri və erməni barşevikləri tərəfindən məhv olunması siyasətinin qarşısı alına bilmiş, Turkiyə Azərbaycan qardaşlığının yalnız mənəvi deyil,rəsmi şəkildə təməl prinsiblərini qoymuşdur. Rəsulzadə və silahdaşları tərəfindən Turkiyə ilə yaradılan ittifaq bu gundə davam etməkdədir.

Qeyd etmək lazımdır ki, bu siyasət Umummilli Lider Heydər Əliyev tərəfindən uğurla davam etdirildi. H.Əliyevin « beynəlxalq lahiyələrin» həyata kecirilməsində Turkuyə ilə birgə hərəkət etməsi, bu siyasətin uğurlu davamıdır. H.Əliyevin soylədiyi «Bir millət, iki dövlət» şüarı Türkuyə -Azərbaycan dostluğunun sarsılmaz və yenilməz quvvəyə malik olduğunun bariz numunəsidir... Azərbaycan Xalq Cümhuriyyəti dovrundə Almaniya, Polşa, Ruminya və başqa dovlətlərlə diplomatik munasibətlərin qurulmasında Rəsulzadənin boyuk əməyi olmuşdur.O,bir muddət Polşa hokumətində məsləhətci işləmiş, lakin bir muddətdən sonra Ruminyaya getməli olmuşdur. M.Ə.Rəsulzadə boyuk bir omur yolu kecmişdir.Gənclik dovrundə yaşıdlarından fərqlənən və xalqını maariflənməyə səsləyən Rəsulzadənin hansısa siyasi təşkilatlarda fəaliyət gostərməsindən aslı olmayaraq,əsas məqsədi Azərbaycanı azad və milli-demokratik bir olkə kimi gormək olub. Azərbaycan xalqının taleyinin bir parcası olan Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına bu gun ani bir nəzər salmaqla biz vətənə, mustəqil Azərbaycanımıza sədaqət timsallı boyuk bir şəxsiyyətin canlı obrazı ilə goruşuruk. Əlbətdə ki, bu sədaqət,bu sevgisi ilə o, Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Rəsulzadə prinsipə sədaqətin,məfkurəyə bağlılığın,səbr və fədakarlığın, əzm və qüdrətin timsalı idi. 20 yaşında « insanlara hurriyət, millətlərə istiqlal» arzusu ilə siyasi həyata atılmış M.Ə.Rəsulzadə « İnsanlara hürriyət, millətlərə istiqlal fikri ilə də 72 yaşında Ankara Unveristetinin tibb fakultəsinin klinikasında 1955-ci il mart ayının 6 da gecə saat on birə on dəqiqə qalmış uc dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» deyərək əbədiyyətə qovuşdu.

Ankara radiosu martın 7-də saat 22:45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri,Turk dunyasının boyuk oğlu M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssuflə bidirirdi. M.Ə.Rəsulzadə Ankara Əsiri qəbirstanlığında dəfn edilib.Vəfatı munasibəti ilə Turkiyədə,İranda və Qərbi Avropa olkələrində xeyli nekroloq cap olunub.Bunlardan ən maraqlısı Seyid Həsən Tağızadənin cap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, ozu Təbrizdə dunyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran «Məşrutə inqilabının» əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi usul-idarəsinin tərəfdarına cevrilən və oz doğma xalqına yad bir adam olan,iranın ən gorkəmli dovlət xadimi, diplomatı və alimi saylan Seyid Həsən Tağızadə «Suhən» jurnalında yazırdı: « Rəsulzadə, butun omrum boyunca ,Şərq dunyasında tayına rastlaşmadığım,mubaligəsiz soyləyə biləcəyim fovqaladə nadir insanlardan biri idi.

Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi ,təmiz qəlbi,doğru sozlu,mətanətli tam mənası ilə durust,fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mucahid və ornək bir insandı.Belələrinə zamanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək munkun deyil».(..Sulhən, jurnalı Tehran,№4.1955-ci il). 1978-ci ildə,olmundən 23-il sonra Ankarada M.Ə.Rəsulzadənin ،،Milli təsanud „(Milli həmrəlik ) adlı kitabı nəşr olundu.1985-ci ildə dunyanın ən qədim Universitetlərindən biri olan Oksforda M.Ə.Rəsulzadənin «Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm » adlı kitabı ingilis dilində on sozlə Rus dilində ikinci dəfə cap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə «Əsrimizin Səyavuşu »və 1990-cı ildə isə « Azərbaycan Resbublikasının kecmişi, təşəkkulu və indiki vəziyyəti »adlı kitabları Ankarada yenidən işıq uzu gormuşdur. Bəli, Azərbaycan xalqının boyuk oğlu,mutəfəkkir, dahi insan Rəsulzadənin anadan olmasının 138-ci ildönümü münasibətilə soylənilən fikirlər, gətirilən faktlarla bu boyuk şəxsiyyətin həyat və yaradıcılığının cox boyuk elmi araşdırmalara ehtiyacı olduğunu xatırlatmağı ozumuzə borc bildik.

Əlbətdə, Rəsulzadə qədim dovlətcilik ənənəsinə və mədəniyyətə malik olan bir xalqın, Azərbaycan xalqının tarixə bəxş etdiyi Əfrasiyab, Tomris, Babək, Cavanşir, Xatai və Nadir kimi dahilərdən gələn ənənənin davamcısı idi. XX əsrin əvvələrində dediyi « Bir kərə yuksələn bayraq birdaha enməz » fikri, XX əsrin sonunda dunya şohrətli siyasətci Heydər Əliyevin uğurlu siyasəti nəticəsində bir daha ozunu doğrultdu. Biz də bu şərəfli və muqqədəs insanların bizə miras qoyduqları muqəddəs işin, layiqli davamcıları olmağı ozumuzə borc bilməliyik. Gəlin hamlıqla, ornək şəxsiyyət M.Ə.Rəsulzadənin dediyi «öz-özümüumüzü» kimliyimizi, türklüyümüzü, İslamcılığımızı, Azərbaycanllığımızı» tanıyaq, dərk edək sozlərinə əməl edək. Özümüzü tanıyaq, tariximizi və tarix yaradan şəxsiyyətimiz Məmməd Əmin Rəsulzadəni unutmayaq....

Ədəbiyyat 
1. Azərbaycan Tarixi. Akad. nəşr. Yeddi cilddə. V c. Bakı, Elm, 2008, 696 s.
2. XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c. Bakı, 2004
3. Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı, Gənclik, 1991, 308 s.
4. Rəsulzadə M. Ə. Əsərləri. Bakı, Gənclik, 1991, 112 s. 
5. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, Elm, 1990, 112 s

 

Kərim Novruzov
(Tarixçi, BDU-nun məzunu)