adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2025 11:36
54
SİYASƏT
A- A+

Qüdrət Həsənquliyev: “1000 manata qədər maaş alanlar vergidən azad edilsin”

Ölkədə cinayətkarlıq səviyyəsinin artması bir çox insanın dolanışıqları naminə azadlıqlarını riskə atmasına səbəb olur.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsinə və digər 16 qanuna təklif olunan dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.

Deputat təklif edib ki, aylıq maaşı 1000 manata qədər olan şəxslər vergidən tam azad edilsin, 1000–2500 manat arası əməkhaqqı üçün isə 3 faiz vergi tətbiq olunsun.

Qüdrət Həsənquliyevin sözlərinə görə, yoxsul təbəqənin müdafiəsi prioritet olmalıdır və bu məsələnin görməzdən gəlinməsi yolverilməzdir:

“Düşünürəm ki, bunu etmək mümkündür”.