“Böyük Qayıdış”a sağlamlıq dəstəyi: Xocalıda 160-a yaxın sakinin göz müayinəsi aparıldı
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20-21 noyabr tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xocalı rayonunda əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.
Nazirlikdən Adalet.az-a bildirilib ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Tibbi aksiyada ümumilikdə 160-a yaxın sakin oftalmoloji müayinədən keçib.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
19 Noyabr 2025 14:26
Azərbaycanda narkomanlar arasında İİV-ə yoluxma sayı azalıb
18 Noyabr 2025 11:15
Peyvənd üçün ən yaxşı vaxt bu aylardır - AÇIQLAMA
18 Noyabr 2025 11:14
Xəstəlik ocaqlarında nəzarət tədbirləri - SN-nin mütəxəssisi aydınlıq gətirir
17 Noyabr 2025 17:18
Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
17 Noyabr 2025 11:42
“Tamaşaçı baxdığı veriliş səviyyəsindədir və ondan yuxarı qalxa bilmir...”
16 Noyabr 2025 10:20
Bu ölkədə yeni virus YAYILIR
15 Noyabr 2025 08:28
Damarları tıxananlar bu qidalardan imtina etsin!
14 Noyabr 2025 19:31


Bakı -°C

