"Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır" - Prezident
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır.
Adalet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır:
"Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır".
Digər Xəbərlər
21 Noyabr 2025 12:12
Prezident onları təltif etdi - SİYAHI
21 Noyabr 2025 11:36
Qüdrət Həsənquliyev: “1000 manata qədər maaş alanlar vergidən azad edilsin”
21 Noyabr 2025 10:40
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
21 Noyabr 2025 10:18
“Rusiya üçün Ukraynadan sonra növbəti hədəf Cənubi Qafqaz ola bilər”
21 Noyabr 2025 09:54
Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyəti müzakirə ediblər
21 Noyabr 2025 09:47
YAP-ın təsisindən 33 il ötür
21 Noyabr 2025 09:25
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına...”
20 Noyabr 2025 16:47


Bakı -°C

