"Dini və siyasəti bir - birinə qatmasaq ayrılıqda faydalıdır..."
"Dinin siyasiləşdirilməsi və ya siyasətə alət edilməsi yaxud siyasətin dini təbliğata vasitə kimi təqdim olunması yanlışdır. Dinin siyasət aləti kimi istifadə olunması əsasən teokratik rejimlərdə baş verir".
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, din partiya deyil, peyğəmbərlər də siyasi lider deyil:
"Məzhəbçilik və ya məzhəbləşmə əsasən dindən siyasi məqsədlər üçün istifadə edildikdə geniş vüsət alır. Əslində İslam təriqət və məzhəblərinin əksəriyyəti siyasi səbəblərdən yaranıb. Sünnilik və şiəliyin ilk yaranma səbəbi sırf siyasidir. Dini və siyasəti bir - birinə qatmasaq ayrılıqda faydalıdır. Lakin qatışdıqda siyasət dini əridir, təhrif edir, hədəfini dəyişir.
Din əsasən cəmiyyətin mənəvi, əxlaqi, mədəni yöndən kamilləşməsinə xidmət etməlidir. Din elmli, təhsilli, əxlaqlı, mənəviyyatlı, vicdanlı cəmiyyət yetişdirə bilsə yaxud mövcud cəmiyyəti bu dəyərlərlə zənginləşdirsə bütün sahələrdə ədalət, humanizm prinsiplərinə sadiqlik lübüdləşər".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Noyabr 2025 12:05
Qarabağa qayıdacaq ailələr sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
21 Noyabr 2025 11:25
Oğurlanan əşyaları tapılan şəhid mayorun xanımı polis əməkdaşlarına təşəkkür etdi
21 Noyabr 2025 11:02
Parlamentin iclası başladı: Büdcə müzakirələrinin 3-cü günü
21 Noyabr 2025 10:21


Bakı -°C

