adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2019 18:12
56827
LAYİHƏ

QUBA ALMASI...

(əvvəli ötənsayımızda)

Burada yol boyugördüyü dağları, iri daşları, qayalıqları, sıx meşələri görəndə lap vahimələnirdi. Arada maşını saxladı. Sərin bulaqsuyundan içə-içə Afurca şəlaləsinə baxası oldular. Gör neçə metr hündürlükdənaşağı tökülürdü. Sonra da qorxulu dağ yamacları, yolları başladı. Bir maşın gələndə,dayanır, o birinə yol verirdi. Aşağı, çaya tərəf yuvarlanmış bir yük maşınını onlara göstərdilər. Həlak olan olmamış olmazdı. Dağ çayını biratlı kişi keçirdi. Özünün atın üstündə,qadının noxtadan tutub çayı keəçmələriona çox qəribə, qeyri-etik gəldi. Ancaq nə etmək, bu yerlərin özqayda-qanunları vardı. Bəlkə belə məsləhət idi. Sel gələndə qadın atın yüyəninisaxlaya bilməz. Bəlkə kişi xəstə, şikəst idi? Nə bilsin. Hər şey onun üçünsirli, müəmmalı idi. Bir azdan uşaqların, elə seyrək yaşlı adamların da səsieşidildi:

- Bir baba payı!

- Baba payıverin də!

- Nəzir verin!

- Alma yemirsizki?!.

Kimisi pul,kimisi də evdən gətirdi geyilmiş, köhnəlmiş paltarları onlara verməkdə idilər.Onların çoxu lap təzə görünürdü. Dövlətnotariusu kimi o iki yüz əllilik verəndə, başqalarının beş yüz, min manatlıq verdiyinigördü. Biri isə lap on minlikverirdi. Baxanda onun onlarla gedən Telman olduğunu gördü. Gələcək kürəkənləri,qızı Leylanın həyat yoldaşı. Onda az-çox qazanır, balıq, kürü işi ilə məşğulolurdu. Bunu ona irad tutanda, dedi:

- Qoy sevinsinlərdə...

- Ver də, dahabu qədər... Belə pul səpələyərlər. Vaxt olacdaq ki, özün peşiman olacaqsan.

Sonradan onun buhərəkətlərini hər dəfə ona deyəndə, gülümsəyir, deyirdi: "Bir iş idi...Oldu da..." Bəli, yaxşı deyirlər ki, pul dövlət quşu kimi bir şeydir. Gələnyeri dar, çıxan yeri geniş olar. Vaxtında qədrini bilmək lazımdır. Həmişə ələbelə imkan düşmür.

Qarxundan çayiçi dağlara tərəf qalxıb, Baba dağa gedən yola gəlib çıxdılar. Artıq gecə saaton bir idi. Xidmətlər təklif olunurdu. Bir neçə çadır qurulmuşdu. Onlar dabirində yerləşdilər.

Uzun yol onsuzda onları yormuşdu. Heç yarım saat keçməmişdiki, dəstə yola düşmək üçün hazır oldu.İstər-istəməz onlara qoşulasıoldu. On nəfərədək olardılar. Hamısıidmançıayağı geyinmişdilər. Gələnlər çox idi. Çoxu indi səfər etmək istəmirdi. Əlacı nə idi, bu yerləri yaxşıtanımırdı. Balabəy müəllim demiş:"Ala it çaqqala qoşulan kimi", qoşuldu onlara.

Arxadan onlaragüclə çatırdı. Bəlkə də çay boyu bir o qədər çətinlik hiss etmədi. Elə ki, yüksəkliyə qalxmağabaşladılar, tənginəfəs oldu. Yenicə ayaq saxlamışdı, gördü ki, özündə deyil, gözləri qaralır. Təzyiqininbu dərəcədə qalxıb-düşməsini gözləməzdi.Qəlbində Allaha dua etməyə başladı ki, onu bu yerdə pis vəziyyətdə qoymasın. Buan sanki özünə gəldi, gözləri işıqlandı.Qaranlıq gecədə göy üzündə sayrışan ulduzları görməyə başladı. Onu sərinhava vurdu...

Gördü ki, gənclərbirinin başına toplaşıblar. Tosqun cavanidi. And içirdi ki, heç yana gedəsi deyil. Ölsə də burada ölüb qalacaq. Geriqayıtmaq istəyir. Uzaqda it səsləri eşidilidi. Hiss olunurdu ki, burada,yaxınlıqda, haradasa ferma var. Qoyun,quzu səsləri də eşidilirdi...

Həmin oğlanayeganə elektrik fənarlarını, bıçaqlarını verərək yollarına davam etdilər. Birazdan o əynindəki jaket, sonra da köynəyisoyunası oldu. Çox isti, bürkü idi. Hətta apardığı yemək-içməyi də bir azazaldası oldu. Bura elə idi ki, heç nəyə toxunan yox idi. Nə qoysaydın qaydanda götürə bilərdin.

Arada dağınbaşında parlaq ulduzlara baxa-baxalap xəyala daldı. Sanki əl uzatsaydın onlara çatardı. Burada təyyarələrelə aşağıdan uçurdular ki... Sonra danaməlum obyektlər, parıldayan cisimlər gözə dəyirdi... Ruhən burada adam özünü o qədər xoşbəxt, rahat hiss edirdi ki.Əsil mənada ölüb qalmalı bir yer idi.

Arada hərəkət edəndəalaqaranlıqda yorulub əldən düşmüş halda əyləşmiş bir qız gördü. Onu bu kimsəsizlikdətək qoyub getməyə ürəyi gəlmədi. Onu səslədi:

- Qalxın...

- Siz gedin...

- Gəlin...

- Yaxşı... Almayemirsiz ki... Əsil Quba almasıdı...

Bir müddət həminqızla beləcə hərəkət etdilr. Məlum oldu ki, elə onların maşınında gələn birqızdır. Siyəzən elektrik şöbəsində işləyir.

- Bəlkə sizə köməkedim?

- Çox sağ olun,özüm gedəcəyəm.

Mənzil başınaçox çətinliklə çatdılar. Hətta arada eləsoyuq oldu ki... Bəlkə də havanın temperaturu qırx dərəcə mənfiyə düşmüşdü. Azqalırdı ki, burun pərləri birləşsin. Belə havanı o Saratov vilayətində hərbixidmətdə olanda görmüşdü. Havanın hərarətimənfi qırx dərəcə olduğu üçün işə çıxmamışdılar. Dağların başı ilə düzyeddi saat yol gələrək, saat yeddinin yarısındamənzil başına - pirə çatdılar. Çox-çox yüksəklikdə mollalar oturub, ziyarətçiləri qəbul edir,onlara Babanın bura mühacirət etməsindəndanışırdalır. Guya ki, düyü dənələrinibilmədən tapdalayır, cəzalandırılır, günahlarını yumaq istəyir. Başqa hekayətlərdə danışırdılar.

Ancaq bu səfər şəxsənonun üçün çox yaddaqalan və ibratəmizoldu. Arzu edərdi ki, bu səfərlər dövlət səviyyəsində təşkil olunsun, insanların təhlükəsizliyiqorunsun. Neçə dəfə olub, yarğandan aşağı düşən tapılmayıb. Neçəsinin aşağıda məzarı,baş daşı da vardı.

Bir də yolda eləböyük bir ağ mərmər daş gördü ki, büllurkimi par-par parlayırdı. Sanki bu tərəfindən baxanda o tərəfigörünürdü. Burada necə də qiymətli daşlar, onların qırıqları vardı. Hərəsi bir rəngdə. Çoxu qızılı, qırmızı narıncı, bənövşəyi...Bir də donmuş qar... Yayın yay günü də əriməmiş,altı ilə gur çay axırdı, gurultulu səsi uzaqdan belə eşidilirdi... Qismət olsun deyəxırda daşlardan hərə bir evciktikirdi...

Siyəzən Neft təşkilatının- qazmaçıların baş mühəndisi, əslən Qubadan olan adamın sözləri yadına düşdü. Vəsiyyətnamə qoyanda söhbət eləmişdi.Demişdi ki, Mir Cəfər Bağırov İosifStalinin qəbulunda olanda xeyli söhbətləşirlər. Birdən Stalin soruşur:

- Kak u vasAfurce?

Bağırov onun busözlərinə lap heyrətlənən kimi olur. Axı orada neft axtanası getmişdi. Stalinin deməsinə görə çar hökumətivaxtı onlar Bakıya qayıdanda, Yalamada qatar dayanır, yoxlama başlayır. Əlacsızqalıb dağlara tərəf qaçırlar. GəlibAfurca kəndinə çıxırlar. Soyuq şaxtalı qış günü imiş. Evində qaldığı kişi oğluna deyir: "Ondan bir az gətir,ocağa tök!" Məlum olur ki, bu neft, parafindi, özü təbii şəkildə buradançıxır...

Sonra o təkidetdi:

- Bu almadanye...

- Quba almasıdı?

- Bəli...

- Sağ olsunlarki, pay verirlər.

- Hərldənolur...

Bu gözəl insandan ayrılsa da, onun Stalinin BağırovaQuba, Afurca barədə dediyi sözləri unudabilmir, hərdən yadına düşəndə lap heyrətlənirdi. Stalində yaddaş varmış ha...

Hətta XIX əsrinikinci yarısında Qafqaza səfər etmiş böyük Fransız yazıçısı Aleksandr Düma bu səfərtəəssüratı altında yazdığı "Qafqaz səfəri" kitabındaxalqımız haqqında yaxşı fikirdə olsa da, Qubanın havasından gileylənməsiona xoş gəlməmişdi.

Cənnət-məkan buyerin xoş havası olmasaydı, neçə illərdiburada yurd-yuva quran yevrey-cuhud qardaşlarımız burada qalardılarmı?!. Nəmişlikdi…Olsun da…

Bax, bütünbunları düşünəndə təsəvvür edirsən ki, həqiqətən yurdumuz nənələrimizintoxuduğu xalça kimi allı-güllüdü. Qubanın Çici xalçası isə adla deyilir. Almasının səsi-sədası çox-çox uzaqlardan gəlir. Təki həmişə belə barlı, bəhərli olsun yurdumuz!.. Ulu ÖndərimizHeydər Əliyevi anaq, Prezidentimiz İlham Əliyevə köməkçi olaq!.. İşıqlı sabahauğurla gedək!..

ƏLİSƏFA AZAYEV