DÜNYANIN ƏN GÜCLÜ SİLAHI

Kim nə deyir-desin, bu dünyada sözdən güclü və qüdrətli silah yoxdur. Sözün gücü qarşısında ən müasir nüvə silahları belə acizdir. Ən azından ona görə ki, nüvə silahından istifadə edilmir və istifadə edilsə bəşəriyyətin sonu olar. Bax, buna görə də bu məqamda yenə bəşəriyyətin, insanların dadına, köməyinə Söz çatır. O söz ki, böyük Füzuli də onun qüdrətindən, möhtəşəmliyindən və gücündən danışıb. Azərbaycanda müstəqillik dövründən sonra azad sözə, düşüncə azadlığına və fikir plüralizminə böyük önəm verilib.
Ona görə də, bütün dövlətlər bu gün ən yaxşı inkişaf və tərəqqi yolunu demokratik yüksəlişdə və dirçəlişdə görürlər. O ölkədə ki, demokratiya var, söz və mətbuat azadlığına önəm verilir. Təbii ki, həmin məmləkətdə də həmişə insan hüquqlarına və azadlıqlarına hörmətlə yanaşılır. Bu isə o deməkdir ki, dünyanı idarə etməyin ən yaxşı və çıxış yolu demokratyadan keçir. Demokratiya olmayan məmləkətdə heç vaxt xeyir-bərəkət də olmur. Ona görə də, bu xətti tutmaq, bu xəttlə getmək hər bir ölkənin əsas inkişaf yoludur.
Azərbaycan da müstəqillik dövrünə qədəm qoyandan sonra özünün yeni bir sistemini, yeni bir quruluşunu yaratdı. Başqa sözlə demiş olsaq, müstəqil dövlət o deməkdir ki, orada insan hüquq və azadlıqları müdafiə olunur, qorunur, əhali həmin cəmiyyətdə özünü daha xoşbəxt və rahat hiss edir. Eyni zamanda ölkə də söz, fikir və düşüncə azadlığı formalaşır. Bu ideyaların Azərbaycanda gerçəkləşməsi və inkişafı üçün müstəqillik dövründə daha münbit bir şərait yaradıldı. Xüsusən də 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu mühit daha sağlam və daha şəffaf oldu. Çünki heç kimə sirr deyil ki, Sovet dönəmindən qalmış senzura ənənəsi hələ bir müddət yaşamaqda idi, xüsusən köhnə düşüncəli və köhnə fikirli vəzifə sahibləri hər hansı mətbuat orqanlarında tənqid olunarkən və müxtəlif fikirlərin səsləndiyini görərkən çox qıcıqlanırdılar. Hətta həmin dövrdə bir neçə mətbuat orqanı məhkəməyə verilmiş və onlar ya yüksək cərimə olunmuş, ya da bağlanmışdır. Bu isə o deməkdir ki, müstəqil və demokratik ölkədə insan hüquqlarına hörmətlə yanaşılmır, söz və mətbuat azadlığına qısqanclıq göstərilirdi. Bütün bu neqativ hallar Ümummilli liderin hakimiyətə gəlişindən sonra zaman-zaman aradan qaldırılmağa başladı. Hadiəslər göstərirdi ki, Azərbaycan demokratik və sivil yol tutub və bu demokratik sivil yolda hər cür çətinliklər ortaya çıxırdı. Onu isə bayaq dediyimiz kimi, aradan qaldırmaq üçün ölkədə şəffaf mühit yardılmış, söz və mətbuat azadlığına "yaşıl işıq" yandırılmışdır.
Heç kimə sirr deyil ki, 90-cı illərin əvvəllərində əksər çap mətbuatının "Azərbaycan" Nəşriyyatının borcları var idi. Bu borclara görə bəzən bəhanə edib bəzi qəzetlərin çapını ləngidir, ya da heç çap etmirdilər. Aydındır ki, bu cür vəziyyətdə çap mətbuatı çox çətin anlar yaşayırdı. Ulu Öndər Heydər Əliyev bu məsələləri qısa zaman kəsiyində həllinə nail oldu və qəzetlərin nəşriyyata olan borclarını sildirdi. Bu isə o demək idi ki, dövlət səviyyəsində Azərbaycanda demokratiyanın söz, mətbuat azadlığının və fikir düşüncə sərbəstliyinin inkişafı üçün bütün şəraitlər yaradılmışdır. Sadəcə qalırdı bu şəraitdən istifadə etmək. Tək mətbuatda deyil, cəmiyyətin bütün sahələrində söz və fikir azadlığına, pülrealizmə böyük önəm verildi. Yəni hər bir Azərbaycan vətəndaşı öz fikrini istənilən yerdə azad surətdə ifadə etmək gücünə malik oldu. İstər sosial şəbəkələrdə, istər televiziya və radiolarda, istərsə də yeni-yeni yaradılan saytlarda bir-birindən maraqlı və düşüncə fərqi ilə seçilən fikirlər ortaya qoyuldu. Hətta dövlətin ən yüksək vəzifəli şəxsləri belə tənqid edildi, hansı ki müstəqillik dövründən əvvəl mətbuat tərəfindən belə bir addım atılsaydı onun təsisçisi, redaktoru və yazarları çox böyük təzyiqlərə, təqiblərə məruz qalardı. Bir çox halda onları həbsxana həyatıda gözləyə bilərdi. Artıq bütün bu stereotiplər arxada qalmış, köhnə düşüncəli məmurların kütləvi informasiya vasitələrinə, eləcə də digər azad sözü və fikri ifadə edən təbliğat vasitələrinə təzyiqləri sıfıra endirilmişdir. Heç şübhəsiz belə bir şəraitdə hər hansı demokratik fikri və düşüncəni cəmiyyətə çatdırmaq və insanlara ötürmək daha da asanlaşmışdır. Beynəlxalq təşkilatların və eləcə də qeyri-hökümət qurumların ölkəmizə səfərləri, onların məmləkətimizdə mövcud demokratik dəyərlərin, söz və mətbuat azadlığının hansı formada olmasını bir daha aydın göstərirdi. Həmin qurumlar Azərbaycanda olarkən, müxtəlif kütləvi informasiya vasitələrinə və eləcə də cəmiyyətin içinə daxil olur, ordakı əsl həqiqətləri görür və əyri-əksiklər barəsində beynəlxalq təşkilatlarda məsələlər qaldırırdılar. Onlar görürdü ki, həqiqətən Azərbaycan müstəqillik dövrünə qədəm qoyandan sonra söz, mətbuat və düşüncə azadlığına böyük önəm verir və bu sahədə yeni uğurlara imza atır. Heç şübhəsiz xarici ölkələrin müxtəlif institutlarının Azərbaycandakı mövcud mühiti öyrənməsi, araşdırması və beynəlxalq təşkilatlarda ədalətli çıxışı bizim üçün çox vacib idi. Ədalət naminə deyək ki, onların bəziləri qərəzli olsa da, amma əksəriyyəti Azərbaycandakı demokratik prosesləri yüksək dəyərləndirir, söz, mətbuat və fikir azadlığının inkişafını diqqətə çatdırırdı.
Əlbəttə bu cür mühitin formalaşması zaman-zaman onu göstərirdi ki, ölkəmizdə bu sahədə çox böyük islahatlar həyata keçirilir və yeniliklərə imza atılıb. İlham Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə söz və mətbuat azadlığına bir qədər də münbit şərait yaradıldı. Jurnalistlərin, yazarların sərbəst fəaliyyəti və azad yaşaması üçün bütün şərait formalaşdı. Hətta jurnalistlər üçün mənzillərin də tikilməsi həyata keçirildi. Müxtəlif vaxtlarda ölkəmizdə jurnalistlərə beş yüzə yaxın pulsuz mənzil verildi. Bu mənzillərin verilməsi dünyada Azərbaycan mətbuatına analoqu və oxşarı olamayn bir diqqət idi. O diqqət ki, dünyanın heç bir yerində müstəqil fəaliyyət göstərən, dövləti tənqid edən və hətta bəzən qərəzli mövqe tutan mətbuat orqanına belə qayğı göstərildi. Bütün bunlar onu deməyə əsas verirdi ki, Azərbaycan nəinki Cənubi Qafqazda, hətta keçmiş MDB ölkələrində ən demokratik yolla inkişaf edən bir məmləkətdir və eyni zamanda bu məmləkətdə söz, mətbuat və fikir azadlığı önə çəkilir, hətta dövlət qayğısı göstərilir.
Ölkəmizdə Söz, mətbuat azadlığının inkişafı üçün çox böyük işlər görülüb, addımlar atılıb. Bu addımlar Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin hakimiyyətləri dövründə daha möhtəşəm olub. Möhtəşəmlik də ondan ibarətdir ki, Azərbaycanda kimliyindən asılı olmayaraq, o özünü daha rahat hiss edir, istənilən mətbuat orqanında, sosial şəbəkədə və digər KİV-lərdə fikirlərini səsləndirə bilir. Başqa sözlə demiş olsaq, bu gün Azərbaycanda söz və mətbuat azadlığı heç də Avropa ölkələrindən geridə qalmır. Bu isə deməkdir ki, Azərbaycan demokratik prinsiplərə, insan hüquqlarına, söz və mətbuat azadlığına həmişə sadiqdir, bu sahədə çox böyük işlərə imza atır!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINDA YERİ

“İlmələr-Xalçaçılıq dərnəyi” layihəsi başa çatdı– Amma bu bir başlanğıcdır

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı daha bir layihə

Dünya ekoloji problemlərlə üzləşdiyi bir zamanda müasir yazıçıların əsərlərində ekoloji nağıl və hekayələr

Yazıçı-publisist Gülzar İbrahimovanın yeniyetmələrə aid tarixi hekayələri

Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin icrasına başlanıb

ÇOX AZ MİLLƏTİN AZƏRBAYCANLILAR QƏDƏR BÖYÜK ÜRƏYİ VAR
