adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 23:06
87161
LAYİHƏ

QUBA ALMASI...

Quba alması ilə əlaqədaronun bir neçə şirin, həzin xatirəsi var. Onlar barədə söhbət açmaq fikrindədir...Alma haqqında o qədər xoş sözlər eşidib ki... Hətta eşitdiyinə görə gündə biralma yeyən adamın ömrü uzun olar...

1995-ci il biravqust günü Siyəzən rayon dövlət notariusu təyin olunandan sonra, o bölgəningörümlü-baxımlı yerlərindən olan Qubaya tez -tez yolu düşərdi.

İlk dəfə almayaqoyulmuş heykəl- abidəni də onda gördü: bir iri alma özül üzərində hələ uzaqdangörünür, diqqəti cəlb edirdi: Gərək ki, elə Quba rayonuna girəcək bir yerdə, Vəlvələçayı tərəfdə idi. Unudub. Sonradan sanki o alma heykəl-abidəsini bir daha görmədi,gözünə dəymədi.

1996-cı ildə Siyəzəndəhakim həbs olunanda məhkəməyə sədrliketmək ona tapşırıldı. Bir gün Ali Məhkəmə tərəfindən göndərilmiş bir mülki işitəqdim etdilər ona. II Nügədi kəndində, xəstəxananın yanında olan ata-babaevini rayon İcra Hakimiyyəti qərarla kişiyə versə də, prokurorluq məhkəmədəiddia qaldırıb işi ləğv etdirmişdi. Bir sözlə həmin iş Qusar, Xaçmazrayonlarını gəzərək, düz üç rayonda baxılandan sonra onun üstünə gəlibçıxmışdı. Tərs kimi iddiaçı tərəfin vəkili də tanış çıxdı. Bir vaxtlar ADU-nunhüquq fakultəsində birlikdə oxuduğumuz, əslən elə Qubanın yaxın kəndlərindən olanZöhrab idi.

Onun narahatlıqiçində çırpındığını görüb, öz-özünə dedi: "Narahat olma, işlə tanışolmuşam... Haqq-ədalət, qanun kişinin tərəfindədi. Ancaq yenə də kənddə olub, vəziyyətlətanış olmalıyam".

Beləliklə ondaQubanın II Nugədi kəndində səyyar araşdırma keçirəsi oldular. Evin kişisiqonaqpərvər bir adam idi. Onlar üçün yarpaqdolması bişirtdirmişdi. İşin,qanunun onun tərəfə olduğunu bildiyi üçün, sonsuz təhkidlərindən sonra razılıqverdi, bir tkə çörək kəsəsi oldular. Kişinin qəlbinə dəymək istəmədi.

Səhəri gün Siyəzəndəməhkəmə iclasında qətnaməni elan etdi. Kişinin iddiası təmin edildi, ata-babaevi ona qaytarıldı. Bu uzun çəkən çəkişmənin beləcə əsaslandırılıb, uğurla nəticəverilməsinə görə Ali Məhkəmə adından ona təşəkkür elan edildi. Ev sahibinin, vəkil Zöhrabın sevincinin həddi-hüdudu yox idi.

Bir neçə günsmonra həmin kişini bir yeşik alma ilə məhkəmənin həyətində gördü. Başa düşdüki, katibin işidi. Bunu həmin kişiyə irad tutanda dedi:

- Elə sizə...Katibə gətirmişəm...

- Çox nahaq, zəhmətçəkmisiniz.

- Bu nə sözdür.Halal xoşunuz olsun...

Əvvəl almaları qətiyyətləgeri qaytarmaq istəsə də, məhkəmə katibinin dilxor olduğunu görüb dedi:

- Sənin də beləişlərin olmaya da.

- Kim ona almadeyib ey... Özü gətirib də...

Bir də bu almasöhbəti Qubalı bir oğlanın işinə baxandaçıxdı ortalığa. Siyəzənin mərkəzində dələduzlar onunla dostluq etməyəbaşlayırlar. O da onların şirin dilinə aldanıb, bir qapıya yaxınlaşır... Qapınıdöyəndən sonra, oradan bir cavan qız çıxır. Bu vaxt kənardan bir neçə oğlan onahücum çəkir, döyüb, üstündəki pulları da alırlar ki, sən bizim namusumuzatoxunmaq istəyirdin. Yazıq qız çığıra-çığıra qalıb:

- Nə edirsiniz,o, mənə nə edib ki?!. Bir -iki almasını yemişik də...

Ancaq ona qulaqasan kimdi ki. Qız oğlana kömək edib, su gətirən vaxt, polis işçiləri də özləriniyetirib. Oğlan vəziyyəti onlara olduğu kimi danışıb. Az sonra dələduzlartapılıb, həbs ediliblər... Bax belə bir cəncəl işə o baxıb, onları cəzalandıranda dilləndi:

- Məndən əvvəlbelə bir işə baxıb, çox ağır cəza vermişdilər.

Demə, həmin işelə xalq iclaslarından biri, xətrini çox istədiyi Əlikram kişi baxıbmış. Ona tərəfəyilib dedi:

- Hakim, sənəqurban olum, daha səsə-küyə salıb, üstünü vurma. Onda mənə çox pis təsir elədilər...

Bəli, onda onlarbarışdıqları üçün bir o qədər də ağır cəza vermədik. Əlbəttə, ağır hadisə idi.Ancaq qanun da qanundu axı. Barışanda belə yüngülləşdirici hallara yol verilir. Ancaq cəzalanmağına yenə cəzalandılar. Qubalı almasatan oğlan razılıqhissi ilə getdi. Əsas o idi ki, aparılmış pulları qaytarıb verilmişdi. İndi o ona dil tökür, yalvarırdı:

- Müəllim bir işidi, oldu da...

- Deməli, ondaqızı tanıyırsanmış?

- Yox vallah...

Bir gün də dövlətnotariusu kimi iş başında idi.

Polisin istintaqidarəsinin rəisi Həsənağa müəllim həyəcanlı halda onun yanına gələrək dedi:

- Əlisəfa müəllim,sizin haqqınızda bir ərizə gəlib. Heç inandırıcı deyil. Elə polis rəisi,prokuror da dedi ki, adamın inanmağı gəlmir,bizim notarius belə hərəkət eləsin. Ancaq nə edək, yoxlamalı,araşdırmalıyıq da.

Məlum oldu ki,Qubanın Barlı kəndindən bir kişi inzibati orqanlara yazdığı məktubda bir neçəyerdə onun dövlət notariusu kimiqanunsuz hərəkətlərini qeyd edərək, ona məxsus "Jiquli" maşınınınoğlu tərəfindən satıldığını göstərmişdi. Deməsinə görə ona bu qanunsuz işə görəşəraiti o yaradıb.

Dilxor haldadilləndi:

- Mayor, əlbəttə, qanun qanundur...

- Bəs onda nəvaxt gedək?

- Nə vaxt istəsəniz.

- Elə indi işinaxırıdı da.

- İstəyirsinizsəgedək.

Beləcə həminaxşamüstü elə Həsənağa müəllimin"Jiquli" maşınında Qubaya, Barlı kəndinə yola düşdülər. Kişi evdəidi. Həyət-baca tədarük məntəqəsini xatırladırdı. Nə qədar alma dolu yeşiklərvardı həyətdə...

Sənədlərəbaxanda məlum oldu ki, kişinin özünün verdiyi səlahiyyət əsasında oğlu maşınısatıb. Onu tanıyıb dedi:

- A kişi, mənonda sənə dedim də... İndi bəs niyə gileylisən?

O, təəssüfləndi:

- Mən beləolacağını bilməzdim.

Hiss olunurduki, oğlu ilə arası sərinnəyib, maşını geri qaytarmaq istəyir. Dedi:

- Beləpeşmançılıqları qanun təqsirkara bağışlamır. Ərizələrdə neçə yerdə heç nədən məni"saxtakar" adlandırmısınız. İndi mənə də şikayətçi olub məhkəməyəmüraciət edəcəyəm. Bir dövlət notariusu kimi mənim də şərəf və ləyaqətim varaxı. İndi bu həyətdəki almaların hamısını satsan da bu cəncəl işdən qurtarabilməyəcəksən.

Kişi vəziyyətingərginliyini görüb hey onlara qayğı göstərməyə, alma payı verməyə çalışsa da,razı olmadı. Onu güclə sakitləşdiribdedi:

- Oğlundu... Birgün barışarsız, daha bizi şərləmək nəyə lazımdı?

- Bağışlayın...

Onun bu sözlərionu yumuşaldan kimi oldu. Əlləri qabarlızəhmətkeş adam idi... Səhər həmin kişi dilxor halda yanına gəlmişdi. Hiss elədiki, polisdə ona "xox" edib, nəsəqopartmaq istəyirlər. Həsənağa müəllimə zəng çalıb dedi:

- Mayor, qubalıkişi, ağsaqqal mənim yanımdadır. Çoxxahiş edirəm ki, onun işini sakitliklə yola verəsiniz...

- Baş üstə, bu nəsözdür...

- Mənim adımolan yerdə cəncələ ehtiyac yoxdur.

Qırımımıhiss etdiyi, məni az-çox tanıdığı üçünkişini bir daha polis şöbəsinə çağırmadılar. Kişi isə bir dəfə şəxsən yanına gəlibdedi:

- Əhsən sənə,oğul... Kişi adamsanmış. Sənin o zəngindən sonra bizimlə işi olan olmadı. Yoxsa qalmışdıq buyollarda da. Az qalmışdı ki, "Jiquli"nini satıb pulunu, almaları yolasəpələyək...

Bir gün də oğluRüstəmlə hazırlaşıb Bab adağa ziyarətə gedəsi oldular. Siyəzəndən saat üçdəyola düşdülər. Onları aparan maşın bir qədər Dəvəçi ərazisindən Quba tərəfəgedib, sonra dağlara tərəf üz tutdu...Beləcə "URAL" maşınında sıx alma bağlarının içindən keçərək Çici kəndinətərəf gəldilər... Sonra da oradan dağlara tərəf, Qudyalçayı keçərək...

(ardı növbətisayımızda

ƏLİSƏFA AZAYEV