Əməkdar artistin son durumu açıqlanıb: “Danışa bilmir”
Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun son durumu açıqlanıb.
Əməkdar artistin oğlu Yaşar Muradov Adalet.az-a açıqlamasında artıq atasının Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürüldüyünü söyləyib:
O, “Səhhətində heç bir irəliləyiş yoxdur. Beyninə gedən qan damarlarının sıxıldığı üçün beyinə qansızma baş verib. Boğazında olan şişlər damarları sıxır. Ona görə də Milli Onkologiya Mərkəzində dedilər ki, bu, artıq bizim xəstəmiz sayılmır. Belə olan halda xəstəni burada saxlamağın mənası yoxdur. Onun bədəni normal hala gəlməlidir ki, sişlərlə bağlı yenidən əməliyyat olunsun. Ona görə də məcbur qalıb köçürdük Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə. Hazırda müalicəsi davam edir, görək nəticə nə olacaq. Bu elə xəstəlikdir ki, adam qarşısında çox aciz qalır.
Bədəni hərəkətsizdir, üz cizgilərində isə çox az dəyişiklik hiss olunur. Yəni, beyin tam ölməyib, az da olsa reaksiya var. Amma danışa bilmir. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər” soyləyib.
Əntiqə
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

